Azərbaycanda yığılan 301 avtomobil anbarlarda qalıb
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1210 ədəd minik avtomobilləri istehsal edilib (yığılıb).
Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobillərinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 270 ədəd və ya 28,7% artıb.
01.08.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 301 ədəd təşkil edib.
Cari ilin 7 ayı ərzində Azərbaycanda 303 ədəd traktor istehsal edilib. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 25.6 faiz azalıb. 01.08.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 29 ədəd təşkil edib.
Qeyd edək ki, Azərbaycanda yığılan minik avtomobillərinin böyük hissəsi dövlət tərəfindən alınır. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslər, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər və Çernobıl əlilləri minik avtomobilinə tibbi göstəriş olduğu hallarda dövlət hesabına minik avtomobilləri ilə təmin olunurlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
1 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
3 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
















.jpg)








