1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!
(®) İstifadəçi rahatlığını təmin edən “Nar+” tətbiqinin yüklənmə sayı 1 milyonu ötüb. Hər gün on minlərlə abunəçinin sorğularına qısa zamanda cavab tapdığı, hesab üzərində lazım olan əməliyyatları saniyələr içində həll etdiyi tətbiq artıq 3 ildir ki, müştəri təcrübəsinin daha da yaxşılaşdırılmasına xidmət edir.
“Nar+” tətbiqi bir çox funksiyalarından əlavə, abunəçilər üçün rabitə xidmətlərinin şəffaflığını da təmin edir. Hər bir “Nar+” istifadəçisi müxtəlif abunə əməliyyatlarını rahatlıqla həyata keçirir və balansına tam nəzarət edir. Abunəçilər müxtəlif sorğuları ilə bağlı onlayn çat xidmətinə də müraciət edib suallarını ünvanlaya bilirlər. Tətbiqdən ən çox istifadə edənlər paytaxt Bakı ilə yanaşı Sumqayıt, Gəncə və Quba sakinləridir.
Müştəriyönümlü yanaşması ilə seçilən mobil operator “Nar+” tətbiqinin 1 milyon yüklənməsi münasibətlə yay kampaniyasının simalarından olan Cəfər Nəcəfovun Instagram səhifəsində sosial media istifadəçiləri üçün müsabiqə elan edir. Belə ki, müsabiqə paylaşımının şərh bölməsində tətbiqdə ən çox köməyinizə çatan funksiyanı qeyd etməklə dəyərli hədiyyələrdən birini qazana bilərsiniz.
“Nar” haqqında:
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 d. əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
-
50 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
1 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
3 saat əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Ən çox oxunanlar
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb






.jpg)
.jpg)





.jpg)








