Bağ Evləri yaşayış-istirahət məntəqəsi salınıb - 30 EV TİKİLİB
Ayrılmış torpaq sahələrində bağ təsərrüfatlarının yaradılması məqsədilə ilkin mərhələdə 30 modultipli evin tikintisi yekunlaşdırılmışdır ki, onlardan 20-si iki, 10-u isə üçotaqlıdır.Şəhər və qəsəbələrdə yaşayan əhalinin istirahətinin səmərəli təşkili, yaşıllıqların artırılması, torpaqların ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün bağ təsərrüfatının yaradılması və istifadəsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Naxçıvanda Uzunoba gölü ətrafında yerləşən 20 hektar istifadəsiz torpaq sahəsi 2019-cu ildən bağ təsərrüfatı yaradılması üçün vətəndaşların istifadəsinə ayrılmış, ərazidə yeni Bağ Evləri yaşayış-istirahət məntəqəsi salınmışdır.
Marja xəbər verir ki, avqustun 11-də Bağ Evləri yaşayış-istirahət məntəqəsinin təqdimatı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Məlumat verilmişdir ki, bağ ərazilərinin təşkili ərazinin təbii-iqtisadi şəraiti, həmçinin mühəndis, nəqliyyat və sosial infrastrukturu nəzərə alınmaqla əlverişli hesab edilən, dövlət mülkiyyətində olan torpaq sahələri hesabına həyata keçirilir. Ərazidə nəqliyyat vasitələrinin hərəkətini asanlaşdırmaq üçün 3 kilometr asfalt yol çəkilmiş, 1080 metr piyada yolu salınmışdır. Yolun üzərində 17 su keçidi qoyulmuş, 180 metr su kanalı çəkilmiş, 2 körpü əsaslı təmir olunmuşdur. Eyni zamanda Uzunoba Su Anbarında bəndin üzərinə 1900 metr uzunluğunda asfalt örtük salınmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu işlərin görülməsində əməyi olanlara təşəkkürünü bildirmiş, mənzil sahiblərinin hər birinə xoş istirahət və rahat həyat arzulamışdır.
Sonra Ali Məclisin Sədri yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, ayrılmış torpaq sahələrində bağ təsərrüfatlarının yaradılması məqsədilə ilkin mərhələdə 30 modultipli evin tikintisi yekunlaşdırılmışdır ki, onlardan 20-si iki, 10-u isə üçotaqlıdır. Hər ev üçün ayrılmış torpaq sahəsi çəpərlənmiş və abadlaşdırılmış, su, kanalizasiya, elektrik xətləri çəkilmiş və digər lazımi infrastruktur yaradılmışdır. Artıq ərazidə 28 ailə bağ təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün ev və torpaq sahəsi ilə təmin olunmuşdur. Ailələr onlar üçün ayrılmış torpaq sahələrində yaşıllaşdırma işləri aparmış, müxtəlif meyvə ağacları, bostan və tərəvəz bitkiləri əkmişlər.
Ali Məclisin Sədri ərazinin layihələndirilməsi və yeni bağ evlərinin tikilməsi, boş ərazilərdə yaşıllıqların salınması barədə tapşırıqlar vermişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 10 d. əvvəl
-
- 20 d. əvvəl
- 40 d. əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
-
14 saat əvvəl
Expressbank-ın xalis mənfəəti 2026-cı ilin ilk rübündə 35%-dən çox artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
Ən çox oxunanlar
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU






.jpg)




.jpg)







