Fed/Evans: Fed gələn il faiz dərəcəsini 4%-ə çatdıra bilər
Çikaqo Fed-in sədri Çarlz Evans FED-in ehtimalla gələn il faiz dərəcəsini 4 faizə qaldırması lazım ola biləcəyini deyib.
ABŞ Mərkəzi Bankının (Fed) Çikaqo şöbəsinin sədri Çarlz Evans Ayova ştatının Des Moines şəhərindəki Drake Universitetində keçirilən tədbirdə ABŞ-da iyul inflyasiya məlumatları ilə bağlı qiymətləndirmələr edib.
Marja xəbər verir ki, o, inflyasiyanın hələ də "qəbulediməz dərəcədə yüksək" olduğunu vurğulayıb.
Evans bildirib ki, FED-in faizini cari 2,25-2,5%-dən bu il 3,25-3,5%-ə, gələn ilin sonuna qədər isə 3,75-4%-ə yüksəldəcəyi böyük “ehtimaldır”.
İqtisadi şərtləri nəzərə alaraq "yaxşı yerdə" olduqlarını söyləyən Evans, "İnflyasiya düşündüyümdən daha çox nəzarətdən çıxsa, daha məhdudlaşdırıcı ola bilərik. Həm də işlər daha tez yaxşılaşarsa, biz faiz dərəcəsini daha əvvəl qeyd etdiyim qədər artıra bilməyəcəyik”,- deyib.
FED-in faizlərini kəskin artırması və enerji qiymətlərinin düşməsilə əlaqədar olaraq iyul ayında ABŞ-da inflyasiya zəifləyib. İyun ayında 9 faizi keçən və 40 illik rekordunu yeniləyən inflyasiya iyulda 8,5 faizə düşüb. Aylıq qiymətlərdə heç bir dəyişiklik olmayıb.
Həmçinin oxu
ABŞ-da inflyasiya zəifləyib
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 8 d. əvvəl
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Bu il 71 min unsiyadan bir qədər çox qızıl hasil etməyi planlaşdırırıq "
-
2 saat əvvəl
"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ
-
2 saat əvvəl
Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

2 gündə Bakıda dəyəri 10 milyard dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb

Azərbaycanın Milli Depozit Mərkəzi ilə Qazaxıstanın Mərkəzi Depozitarı arasında müxbir əlaqələr yaradılıb

Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri "PAŞA Bank" ilə strateji tərəfdaşlığı elan ediblər
Ən çox oxunanlar

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı

Sentyabrın 24-də gözlənilən hava şəraiti

2029-cu ilə qədər BƏƏ-nin tikinti sektorunun illik həcmi 130,8 milyard dollara çatacaq

Fond "Basalt Group"ın nizamnamə kapitalında iştirak edəcək, bazalt istehsalına investisiya qoyulacaq
