Kəlbəcərdə baş vermiş təbiət hadisəsinə aydınlıq gətirildi - VİDEO
"Kəlbəcərin Alagöllər hövzəsində burulğan-tornado baş verib"İlin isti dövrlərində dağlıq ərazilər üçün xarakterik olan topa yağış buludlarının inkişafı nəticəsində Kəlbəcər rayonunun Alagöllər hövzəsində qısamüddətli və lokal burulğan-tornado hadisəsi baş verib.
Bunu ETSN-in Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, Alagöllər su hövzəsinin üzərində meydana gələn hava axınları hövzənin üzərində tornado yaradıb:
"Son günlər temperaturun yüksəlməsi və su hövzəsində buxarlanmanın intensivləşməsi topa yağış buludlarının əmələ gəlməsinə səbəb olub. Topa yağış buludlarının şaquli ölçülərinin böyük , təzyiq fərqinin isə çox olması buludun aşağı hissəsində yaranan hava axınlarının sürətlə buluda doğru hərəkət etməsinə şərait yaradıb".
G.Məmmədovanın sözlərinə görə bu, su hövzəsinə yaxın olan dağlıq ərazilərdə yay fəsli üçün xarakterik təbiət hadisəsidir.
Coğrafiya İnstitutu da Kəlbəcərdə baş vermiş təbiət hadisəsinə aydınlıq gətirib - VİDEO
"Kəlbəcərdə qeydə alınan təbiət hadisəsi tornadodur və bizim iqlim üçün xarakterik deyil".
Bunu açıqlamasında Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib.
O bildirib ki, sözügedən təbiət hadisəsi əsasən Amerika regionu üçün xarakterikdir.
"Bizdə buna hava burulğanı da deyilir. Bu təbiət hadisəsinin necə baş verməsi haqda birdən çox versiya var. Konkret səbəbi elmə tam məlum deyil. İlkin versiyalardan biri budur ki, atmosferdə iki əks istiqamətli hava axınları böyük fırlanma hərəkəti ilə toqquşur və təzyiqin həddən çox aşağı düşməsi nəticəsində qeyd etdiyimiz təbiət hadisəsi meydana gəlir. ABŞ-da tornado baş verəndə xəbərdarlıq edilir və insanlar bunkerlərə yerləşdirilir. Çünki güclü tornado hətta beşmərtəbəli binanı belə yerindən qaldıra bilər. Kəlbəcərdə baş vermiş hadisə bunun kiçik variantıdır. Görünür ki, lokal xarakterli olduğundan xortum çox da böyük hərəkətə malik deyil. Səhv etmirəmsə Alagöl üzərində müşahidə edilib. Böyük sürətə malik olsaydı, hadisəni seyr edən insanlar üçün təhlükə yaratmış olardı. Bildirim ki, 2012-ci ildə Qaradağda yerləşən həbsxana üzərində belə bir proses olmuşdu və biz onu radar vasitəsilə müşahidə etmişdik. Həmin vaxt tornado həbsxananın hasarlarını yerindən çıxarmışdı. Qeyd etdiyim kimi bu hadisə bizim üçün xarakterik deyil, lakin iqlim dəyişmələri ilə əlaqədar olaraq bizdə də bu tip hadisələr tez-tez təkrarlana bilər" - deyə Səid Səfərov əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
3 d. əvvəl
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
- 8 d. əvvəl
- 10 d. əvvəl
- 12 d. əvvəl
-
35 d. əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb





















