Asiyanın ən varlı qadını bu il sərvətinin yarıdan çoxunu itirib
Asiyanın ən zəngin qadını olan Yang Huiyan Çindəki daşınmaz əmlak böhranı səbəbindən sərvətinin yarıdan çoxunu itirib.
Marja xəbər verir ki, Asiyanın ən zəngin qadını olan Yang Huiyan Çindəki daşınmaz əmlak böhranı səbəbindən sərvətinin yarıdan çoxunu itirib. Bloomberg Billionaires Index-in məlumatına görə, Huiyan-ın sərvəti bu il təxminən 24 milyard dollardan 11 milyard dollara düşüb.
CNN xəbər verir ki, 41 yaşlı Yanq satışlar baxımından Çinin ən böyük daşınmaz əmlak istehsalçısı olan Country Garden Holdings-ə nəzarət edir. Yanq şirkətdəki payını 1992-ci ildə Çinin Quandun əyalətinin Foşan şəhərində şirkəti quran atası Yang Quoqiangdan miras alıb.
İTKİYƏ BAXMAYARAQ, ASİYANIN ƏN ZƏNGİN QADINIDIR
Country Garden-ın səhmləri bu il dəyərinin yarıdan çoxunu itirib. Ölkənin daşınmaz əmlak sektoru ev qiymətlərinin düşməsi, alıcı tələbinin zəifləməsi və keçən ildən bəri ən böyük daşınmaz əmlak istehsalçılarının bəzilərini əhatə edən defolt böhranı ilə mübarizə aparır.
Sərvətinin yarıdan çoxunu itirməsinə baxmayaraq, Yanq Asiyanın ən zəngin qadını olaraq qalır. Lakin Yanqın sərvətinin azalması onu Çindəki digər qadın milyarderlərlə yaxınlaşdırıb.
Hazırda Hengli Petrochemical-ı idarə edən Fan Hongwei ilə Yang arasında 100 milyon dollar fərq var.
Country Garden artan likvidlik problemi ilə mübarizə aparan şirkətlərdən biridir. Daşınmaz əmlak istehsalçısı çərşənbə günü 361 milyon dollar cəlb etmək üçün səhmlərini təxminən 13 faiz endirimlə satacağını açıqlayıb. Şirkət əldə edəcəyi vəsaitin bir hissəsini şirkətin xaricdəki borcunun ödənilməsinə yönəldiləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
11 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















