Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsi ilin sonuna kimi 60 milyard dollara çata bilər
Rusiya-Türkiyə İş Şurasının rəhbəri Kani Karaaslan investor və ixracatçıların milli valyutalarda qarşılıqlı hesablaşmalara keçməsinin tərəfdarı olduğunu bildirib.Rusiya-Türkiyə İş Şurasının rəhbəri Kani Karaaslan bildirib ki, 2022-ci ilin sonuna qədər Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsi 60 milyard dollara çata bilər.
"Bu günə qədər [6 ayın yekunlarına görə] iki ölkə arasında ticarət dövriyyəsi 30 milyard dolları ötüb və 50 milyard dollara doğru irəliləyir. İlin sonuna qədər bu, 60 milyard dollara qədər arta bilər, əgər ölkənin mərkəzi bankları iki ölkə məzənnə fərqindən yaranan itkilərin qarşısını almağı təmin edərsə”, -deyib.
Karaaslan investorların və ixracatçıların milli valyutalarda qarşılıqlı hesablaşmalara keçməsinin tərəfdarı olduğunu bildirib. Onun fikrincə, ikitərəfli ticarətin inkişafı üçün cari deyil, 5-10 ilə yönəlmiş uzunmüddətli planlar qurmaq lazımdır. “Rusiyaya qarşı Qərb sanksiyalarının uzadılması ehtimalını nəzərə alsaq, bu, daha aydın görünür”, - biznes assosiasiyasının rəhbəri əlavə edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Türkiyəyə səfəri zamanı bildirib ki, iki ölkə arasında qarşılıqlı hesablaşmalar üçün milli valyutalara keçid prosesi qabaqcıl mərhələdədir. Danışıqlarda hesablamalarda milli valyutalardan istifadə məsələsini prezidentlər - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan müzakirə edirlər. Gözlənildiyi kimi, bu məsələ iki dövlət liderlərinin avqustun 5-də Soçidə keçiriləcək görüşündə danışıqların mövzusu olacaq.
Ötən il Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi təxminən 35 milyard dollar təşkil edib. Türkiyə tərəfi bu ilin sonunadək ikitərəfli ticarətin 50 milyard dollara qədər artacağını proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















