İcbari avto-məsuliyyət sığortası üzrə sürücüləri gözləyən yeniliklər
18.12.2015-ci il tarixdə qəbul edilmiş və 01.01.2016-cı il tarixdən qüvvəyə minmiş qanunla "İcbari sığortalar haqqında" Qanuna əlavələr edilmiş, sığorta nəzarəti orqanı tərəfindən müəyyən ediləcək qaydalara əsasən icbari avto-məsuliyyət sığortası üzrə beynəlxalq sığorta təcrübəsinin tətbiqi nəzərdə tutuldu.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 29.06.2022-ci il tarixli qərarı ilə həmin qaydalar təsdiqlənmiş və 01.11.2022-ci il tarixindən sonra müvafiq tənzimləmənin tətbiq edilməsi göstərilmişdir.
Bu sığorta növü üzrə qanunda nəzərdə tutulan yenilikləri təqdim edirik:
- 02.11.2022-ci il tarixdən əvvəl baş vermiş hadisələrə bu qaydalar şamil edilməyəcək
- Qaydalara görə yol-nəqliyyat hadisəsi zamanı yalnız 2 avtomobilin iştirakı ilə hadisə baş vermiş olmalıdır. Hadisədə üç avtomobil iştirak edirsə, sağlamlığa xəsarət dəyərsə, 2 avtomobil və başqa əmlaka zərər dəyərsə, bu qaydalar tətbiq edilmir.
- Hadisədə iştirak edən hər iki nəqliyyat vasitəsi üzrə icbari avto-məsuliyyət sığortası qüvvədə olmalıdır. Əks halda zərərçəkmişin belə sığortası olmadıqda, bu qaydaların tətbiqi istisna edilir.
- Hər bir şərt ödənildiyi halda hadisə zamanı zərərçəkən şəxsin icbari avto-məsuliyyət sığortası üzrə sığorta şirkəti zərəri aradan qaldırmaq öhdəliyi daşıyacaq.
Digər hallarda hadisə ilə əlaqədar zərərin əvəzinin ödənilməsi vəzifəsi zərərvuran şəxsin mülki məsuliyyətini sığortalamış sığortaçıda qalmaqdadır. Onu da qeyd edək ki, mövcud qaydalara əsasən sığorta şirkətləri arasında kollektiv saziş bağlanmalıdır. Bütün qarşılıqlı tənzimləmələr həmin kollektiv sazişdə göstərildikdən sonra bu qaydaların tətbiqinə başlanacaqdır.
Müəllif: Şəhriyar Həbilov
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 36 d. əvvəl
- 48 d. əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 13 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb






















