"Azərlotereya" səhmdarına ödədiyi məbləği açıqlayıb
"Azərlotereya" ASC 2021-ci ildə səhmdarına 5 milyon 161 min manat ödəniş edib. Qeyd edək ki, "Azərlotereya" ASC-nin təsisçisi İqtisadiyyat Nazirliyidir.
Marja.az xəbər verir ki, ötən il "Azərlotereya" səhmdara ayırma olaraq 4 milyon 161 min manat, dividend şəkilində isə 1 milyon manat ödəniş edib. "Azərlotereya" ASC-dən Marja-ya bildirilib ki, 2021-ci ilin hesabatında yer alan səhmdara ayırma və dividend 2020-ci il ilə bağlıdır. Türkiyə şirkətinin törməsi (“YMT Sans B.V.”) idarəetməyə götürdüyü "Azərlotereya"ya görə 2022-ci ildə İqtisadiyyat Nazirliyinə ödənişlər etməyə başlayacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 16 yanvar 2021-ci il tarixli Sərəncamı ilə “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib. Şirkət 2022-ci ildən yeni lotereyalarını təqdim edib.
"Azərlotereya" ASC 2020-ci ildə səhmdarına 4 milyon 104 min manat ödəmişdi (səhmdara ayırma olaraq 3 milyon 104 min manat, divident olaraq 1 milyon manat).
Səhmdarlara ödənişlər və dividend şirkətin mənfəətindən ödənilib.
Qeyd edək ki, 2021-ci ildə "Azerlotereya" ASC-nin satışdan gəlirləri ötən ilə nisbətən 147% artaraq, 43.9 milyon manat təşkil etmiş, eyni zamanda lotereya iştirakçıları üçün ayrılmış uduş fondu isə ötən illə müqayisədə 212% artmışdır.
Şirkətin ümumi mənfəəti 170% artaraq, 7.7 milyon manatdan 20.9 milyon manata yüksəlmiş, xalis mənfəəti 73% artaraq 7.6 milyon manata çatmışdır. Bununla bərabər şirkətin fəaliyyətindəki inkişaf nəticəsində mənfəət vergisi olaraq dövlət büdcəsinə daxilolma əvvəlki ilə görə 290% artaraq, 5.1 milyon manat təşkil etmişdir.
2021-ci il ərzində şirkət, 5.6 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 1.1 milyon manatdan 6.7 milyon manata yüksəltmişdir. O cümlədən, Azərlotoreya ASC-nin 2021 il sonu cəmi aktivləri 31.8 milyon manat təşkil etmişdir. Şirkətin 2020-ci ilin sonunda cəmi aktivləri 11.1 milyon manat idi.
Şirkətin cəmi kapitalı 33% artaraq, 9.7 milyon manata çatmışdır.
"“Azərlotereya ASC” 2021-ci ildəki fəaliyyəti ilə bağlı yaranmış bütün vergi öhdəliklərini qanunvericiliyə uyğun olaraq zamanında ödənmişdir və 2021-ci il ilə bağlı hər hansı bir vergi öhdəliyi qalmamışdır. İllik audit olunmuş hesabatın nəticələrində qeyd olunan vergi öhdəlikləri, ödəniş vaxtı 2022-ci ilin 31 Mart tarixinədək olan vergi öhdəlikləridir",- Şirkətdən veriləm məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 3 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 24 d. əvvəl
-
26 d. əvvəl
"Şahdağ Turizm Xizək Mərkəzində 1-2 ilə trasların uzunluğu təqribən 55 kilometr olacaq"
-
30 d. əvvəl
"Əminəm ki, gələn il daha çox xarici qonaq ölkəmizə gələcək"
-
31 d. əvvəl
İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimə qatılıb və çıxış edib - YENİLƏNİB
-
41 d. əvvəl
Toyota 2026-cı ildə 10 milyondan çox avtomobil istehsal etməyi planlaşdırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
"Şahdağ Turizm Xizək Mərkəzində 1-2 ilə trasların uzunluğu təqribən 55 kilometr olacaq"
İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimə qatılıb və çıxış edib - YENİLƏNİB
Ən çox oxunanlar
Azercell “Kinon” tətbiqinin funksionallığını genişləndirir
Dekabrın 27-də gözlənilən hava şəraiti
Şərurlu İsfəndiyarla bağlı qərar verilib
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı



















