Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Qaz TNK” şirkətinin istehsal sexində işlərin və xidmətlərin göstərilməsi dayandırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qaz TNK” şirkətinin istehsal sexində işlərin və xidmətlərin göstərilməsi dayandırılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Qaz TNK” MMC-yə məxsus istehsal sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə mövcud olan yanğın su hovuzuna yanğın avtomobilinin sərbəst yan alması mümkün deyil;

- ərazidə təxliyə yolları taxta materiallarla tutulub;

- otaqlarda kustar üsulla hazırlanmış odun sobalarından istifadə edilir;

- mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu nasaz vəziyyətdədir;

- obyektin ərazisinin, anbar və istehsalat sahəsinin istehsal prosesində yaranmış yanar tullantılardan təmizlənməsi təmin edilməyib, işlərin icrası yanğın təhlükəli vəziyyətdə davam etdirilib;

- istehsal sexində tavan və otaqların arakəsmələri odadavamlı məhlulla hopdurulmayıb;

- ərazi, anbar və istehsalat sahəsi yanğın təhlükəsizliyinə dair göstərici nişanlarla təmin olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Qaz TNK” MMC-yə məxsus iki istehsal sexində işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

14.07.2022 09:51
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18