Türkiyə Deutsche Bank-dan 929 milyon dollar kredit alıb
Kreditin qaytarılma müddəti üç ildirTürkiyənin neft-qaz şirkəti Botaş Almaniyanın ən böyük maliyyə qurumu Deutsche Bank-dan Türkiyənin Rusiyanın enerji resurslarından asılılığını azaltmaq üçün mayeləşdirilmiş təbii qazın (LNG) alınması məqsədilə 929 milyon dollar kredit alıb.
Marja xəbər verir ki, kreditin qaytarılma müddəti üç ildir.
Botaş LNG idxalı üçün ilk dəfə xarici bankdan kredit götürüb.
Bloomberg-in məlumatına görə, bu, Botaş-a tədarükləri diversifikasiya etməyə və Türkiyənin daxili bazarının tələbatının yarıdan çoxunu təmin edən Rusiyadan boru kəməri qazından asılılığı azaltmağa imkan verəcək.
Rusiya Qara dənizdən keçən iki boru kəməri ilə Türkiyəyə qaz tədarük edir. “Mavi axın” 2002-ci ilin sonunda istismara verilib, onun layihə gücü 16 milyard kubmetrdir. “Türk axını” isə iki xəttdən ibarətdir ki, bunlardan biri Türkiyədəki istehlakçıları, ikincisi isə Cənubi və Cənub-Şərqi Avropa ölkələrini qazla təmin etmək üçün nəzərdə tutulub. “Türk axını”nın ümumi gücü 31,5 milyard kubmetrdir. Onun istismarına 2020-ci ilin yanvar ayında başlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























