Avrozonada inflyasiya rekord səviyyəyə çatıb
Avro Bölgəsində may ayında 8,1% olan illik inflyasiya, enerji və ərzaq xərclərinin artmağa davam etməsilə iyun ayında 8,6% olmaqla rekord səviyyəyə çatıb.Avropa Statistika Xidməti (Eurostat) Avrozonanın iyun ayı üzrə inflyasiya məlumatlarını açıqlayıb.
Marja xəbər verir ki, Avro Bölgəsində may ayında 8,1% olan illik inflyasiya, keçən ay 8,6%-ə yüksəlib.
Bloomberg-in sorğusunda iştirak edən iqtisadçılar inflyasiyanın 8,5 faiz olacağını gözləyirdilər.
İyun ayında Avro Bölgəsində inflyasiya aylıq 0,8 faizə çatıb.
İyun ayında inflyasiyanın əsas hərəkətverici qüvvəsi Rusiya-Ukrayna müharibəsi səbəbindən kəskin bahalaşan enerji və ərzaq qiymətləri olub.
İyun ayında Avro Bölgəsində inflyasiyanın əsas komponentlərinə baxdıqda, ən yüksək illik inflyasiya 41,9% ilə enerjidə oldub. Enerjinin ardınca 8,9 faizlə qida, spirt və tütün məmulatları, 4,3 faizlə qeyri-enerji sənayesi məhsulları və 3,4 faizlə xidmətlər yer tutur.
İyun ayında inflyasiya Fransada 6,5%, İspaniyada 10%, İtaliyada 8,5%, Hollandiyada 9,9%, Belçikada 10,5%, Estoniya və Litvada 20,5% səviyyəsində ölçülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
12 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
-
21 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
1 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda daha bir aqropark yaradılıb
Ən çox oxunanlar
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir






.jpg)
.jpg)





.jpg)







