Bayden və Makron arasındakı neft böhranı haqqında danışıq “bəd xəbər” kimi şərh edilir
İyunun 26-28-də keçirilən G7 sammitinin son günü ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makronun ayaqüstü danışmaları ilə yadda qalıb.
Marja xəbər verir ki, Bayden və Makron jurnalistlərdən bir neçə metr aralıda neft böhranı haqqında danışmağa başlayıblar. Jurnalistlərin həmin anda çəkiliş apardığını görən Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan dərhal Makronun sözünü kəsərək, "Ehtiyatlı olun, kameralar qeyd edir. Bəlkə içəridə davam etməlisiniz" deyib.
Xəbərdarlıqdan sonra liderlər danışıqlarını yarımçıq kəssələr də, Makronun bəzi sözləri aydın eşidilib.
"New York Post" qəzetində yer alan xəbərə görə, Fransa lideri Birləşmiş Ərəb Əmirlikləri lideri Şeyx Məhəmməd bin Zayed əl-Nahyan ilə apardığı danışığa toxunaraq, "Onunla telefon danışığı aparmışam. O, mənə iki şey dedi. Birincisi maksimum istehsal gücünə çatmlarıdır (hasilatı əlavə artırmaları üçün imkanları yoxdur - red). İkincisi səudiyyəlilər qiyməti bir az da qaldıra bilərlər. Onların da böyük istehsal gücü yoxdur, heç olmasa altı aylıq müddətə”, - ifadələrdən istifadə edib.
ABŞ MƏTBUATI "PƏD XƏBƏRİ" ŞƏRH EDİB
Makronun verdiyi xəbər ABŞ mətbuatında “bəd xəbər” kimi şərh edilib. Gələn ay Səudiyyə Ərəbistanına səfəri zamanı ABŞ prezidenti Co Baydenin ərəb rəsmiləri ilə görüşəcəyi və Ukraynaya müdaxilə ilə bağlı neft qiymətlərindəki artımın yumşaldılmasına kömək edəcək addımlar atacağı gözlənilirdi.
ABŞ-da artan neft qiymətləri 1981-ci ildən bəri ən yüksək inflyasiyaya səbəb olur, eyni zamanda prezident Co Baydenin etimad səsini aşağı salır.
G7 sammitində liderlərin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini vəd etməsindən sonra neftin qiyməti qalxıb.
Brent markalı neftin bir barelinin qiyməti 118,59 dollaradək yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















