Finlandiya və İsveç Türkiyənin tələbini qəbul edib
Madriddə Türkiyə, Finlandiya və İsveç arasında memorandum imzalanıb.
Marja xəbər verir ki, Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyirlər, Finlandiya və İsveç PKK-nın qadağan olunmuş terror təşkilatı olduğunu təsdiqləyir.
"Türkiyə, Finlandiya və İsveç Vaşinqton Müqaviləsində təsbit olunmuş prinsip və dəyərlərə sadiq olduqlarını bildirirlər. Alyansın ən fundamental elementlərindən biri birbaşa təhlükə yaradan terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə tam həmrəylik və əməkdaşlıqdır. Gələcək NATO müttəfiqləri olaraq Finlandiya və İsveç Türkiyəni milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı tam dəstəkləyəcəklər.
Finlandiya və İsveç terrorizmi bütün forma və təzahürlərində qəti şəkildə rədd edir və pisləyir. Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyir, Türkiyə və həlak olanların ailələri ilə dərin həmrəylik hisslərini bildirirlər. Finlandiya və İsveç PKK-nın qadağan olunmuş terror təşkilatı olduğunu təsdiqləyir. Finlandiya və İsveç PKK-nın və bütün digər terror təşkilatlarının fəaliyyətinin, onların genişlənməsinin, onlarla əlaqəli və ya onlarla əlaqəsi olan şəxslərin və təşkilatlarının fəaliyyətinin qarşısını almağı öhdələrinə götürürlər".
Qeyd olunur ki, bu iki ölkə terrorla mübarizə üzrə milli qanunvericiliyə düzəlişlər etmək öhdəliyini üzərlərinə götürürlər.
İsveç təsdiq edir ki, yeni və daha effektiv “Terror Cinayətləri Qanunu” iyulun 1-dən qüvvəyə minəcək.
Finlandiya və İsveç Türkiyənin təqdim etdiyi məlumatlar, sübutlar və kəşfiyyat məlumatları nəzərə alınmaqla, terrorda şübhəli bilinən şəxslərin deportasiya və ya ekstradisiya tələblərinə tez bir zamanda baxacaq.
Beləliklə, Finlandiya və İsveçin NATO-ya üzv olmaları üçün maneə aradan qalxır. NATO ölkələrinin liderləri bu gün İsveç və Finlandiyanı Alyansa üzvlüyü barədə qərar verəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
11 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















