"Gürcüstandakı törəmə bankımızın 2022-ci ildə xalis mənfəətə çıxacağını gözləyirəm"
"PAŞA Bank"ın rəhbərliyi törəmə bank "PAŞA Bank Gürcüstan"ın 2022-ci ili xalis mənfəətlə başa vuracağını gözləyir.
Marja xəbər verir ki, bu barədə 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev bildirib.
"Mən "PAŞA Bank Gürcüstan"ın 2022-ci ilin 2-ci rübü üzrə maliyyə göstəriciləri ilə tanış olmuşam. Rəqəmlərdə çox müsbət irəliləyişlər nəzərə çarpır. "PAŞA Bank Gürcüstan"ın 2022-ci ili xalis mənfəətlə də başa vura biləcəyini də gözləyirəm",- Nağıyev deyib.
Bankın Baş maliyyə inzibatçısı qeyd edib ki, "PAŞA Bank Gürcüstan"ın ötən illəri zərər ilə başa vurmasının səbəbləri Bankın pərakəndə bankçılıq sahəsinə daxil olması ilə əlaqədar olaraq xərclərin artırılması və Gürcüstan bazarında rəqabətin yüksək olmasıdır. Artıq indiyədək çəkilmiş xərclər öz bəhrələrini verməyə başlayır.
Qeyd edək ki, "PAŞA Bank Gürcüstan" ötən ili də xalis zərər ilə yekunlaşdırıb, lakin 2020-ci illə müqayisədə xalis zərəri azalıb. 2021-ci ili "PAŞA Bank Gürcüstan" 2 milyon 124 min manat xalis zərər ilə başa vurub. Bank 2020-ci ili 10 milyon 749 min manat xalis zərər ilə bağlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















