Azərbaycan şirkətinin zavoduna dəymiş ziyanı Almaniyanın təkrarsığorta şirkəti ödəyəcək
"Azersun Holding"in yanan fabriki ilə bağlı daşınar və daşınmaz əmlakına dəymiş ziyanı Almaniyanın "Helman" Təkrarsığorta Şirkəti ödəyəcək.
Bunu açıqlamasında "Azersun Holding"in İdarə Heyətinin üzvü Savaş Uzan deyib.
O bildirib ki, daşınar və daşınmaz əmlakın təkrarsığortası sözügedən şirkətdə həyata keçirilib və xarici şirkətin nümayəndələri artıq dəyən ziyanı qiymətləndirməyə başlayıblar. Dəyən ziyanın həcminə gəlincə, Savaş Uzan bildirib ki, hələlik nəsə demək çətindir: "Bu elə də sadə iş deyil. Ziyanın qiymətləndirilməsi 6 aydan bir ilə kimi vaxt apara bilər. Ona görə də dəyən ziyanın həcmi ilə bağlı hələlik nəsə demək çətindir".
Qeyd edək ki, bu ilin aprel ayının 28-də "Azersun Sənaye Parkı"nda "Sun Food" MMC-yə aid anbarlarda yanğın olmuşdu. Şirkətə 20-30 milyon manat civarında ziyan dəydiyi bildirilmişdi. Sözügedən məbləğ isə Azərbaycan tarixinin ən böyük sığorta ödənişi ola bilər.
Xatırladaq ki, "Sun Food" MMC-nin yerli sığortaçısı "Azersun Holding"ə daxil olan "Azərbaycan Sənaye Sığorta" Şirkətidir.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























