Şri-Lanka Baş nazirindən iqtisadi çöküş etirafı
Şri-Lankanın Baş naziri Ranil Vikremesinqhe aylardır tarixinin ən pis böhranını yaşayan ölkəsinin iqtisadiyyatının çökdüyünü və neft idxalının pulunu belə ödəyə bilməyəcəklərini açıqlayıb.Şri-Lankanın baş naziri Ranil Vikremesinqe parlamentdəki çıxışında deyib ki, Şri-Lanka yanacaq, qaz, elektrik enerjisi və ərzaq qıtlığında ağır vəziyyətlə üzləşib.
O, “İqtisadiyyatımız tamamilə çöküb", - ifadəsini işlədib.
Neft idxalının pulunun belə ödəyə bilməyəcəklərini söyləyən Vikremesinqe, hökumətin vəziyyəti düzəltmək şansını əldən verdiyini qeyd edib.
Şri Lankada vəziyyət
Tarixinin ən böyük iqtisadi böhranı ilə üzləşən ölkədə insanlar martın sonunda gündə 13 saat elektrik enerjisinin kəsilməsindən sonra etirazlarını gücləndirib.
Mayın 9-da baş nazirlik binası ətrafına toplaşan nümayişçilər ilə hökumət tərəfdarları arasında toqquşma olub, paytaxt Kolomboda hərbi birliklər növbəyə çağırılıb.
Müxalifətin artan təzyiqindən sonra baş nazir Mahinda Rajapaksa mayın 9-da istefa verib.
Prezident Qotabaya Rajapaksa mayın 12-də əvvəllər üç müddətə baş nazir vəzifəsində çalışmış Ranil Vikremesinqheni baş nazir təyin edib.
Zorakılıqdan sonra komendant saatı elan edilib və hökumət etirazlar zamanı ictimai əmlaka və ya başqalarına zərər vuran hər kəsə atəş açmağı əmr edib.
Ölkəyə yayılan etirazlarda aralarında hakim partiyanın millət vəkili və 2 polis əməkdaşı olmaqla 8 nəfər ölüb, 250 nəfər yaralanıb.
Şri-Lankalılar hazırda yanacaq çatışmazlığı, elektrik enerjisinin kəsilməsi, ərzaq və nəqliyyat qiymətlərinin artması ilə mübarizə aparırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
11 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















