Avropada bahaçılığa görə etiraz aksiyası keçirildi - “Həyat çox bahadır, maaşların artırılmasını istəyirik”
Avropa ölkəsi Belçikanın ən böyük həmkarlar ittifaqlarının çağırışı ilə etirazçılar Brüssel Şimal Vağzalının qarşısında toplaşıblar.
Marja xəbər verir ki, vağzalın qarşısında qurulan nəhəng ekranda “Həyat çox bahadır, maaşların artırılmasını istəyirik” yazılıb.
Nümayişçilər əllərində “Maaşları artırın”, “Maaş soyğununu dayandırın” yazılmış plakatlar qaldırdılar.
Birliklərinin qırmızı, yaşıl və mavi rəngli bayraqlarını geyinən və eyni rəngdə olan etirazçılar əsas yollardan istifadə edərək bir neçə kilometr uzaqlıqdakı Cənub Dəmiryolu Vağzalına doğru yürüş ediblər.
Nümayişçilər yürüş boyu hökumət əleyhinə şüarlar səsləndiriblər. Təxminən 80 min insanın qatıldığı yürüşlə əlaqədar şəhərin mərkəzi ərazilərində nəqliyyatın hərəkəti dayandırılıb.
Aksiya iştirakçılarının ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb.
Həmkarlar ittifaqlarının çağırışı ilə ölkə boyu bir günlük tətil keçirilir. Brüssel hava limanının mühafizəçiləri də tətilə qoşulmaq qərarına gəliblər. Bu səbəbdən bu gün Brüssel hava limanından sərnişin təyyarələri qalxa bilmir.
Brüsseldə də tətil səbəbindən ictimai nəqliyyatın hərəkəti dayandırılıb. İşçilərin əksəriyyəti tətilə qatıldığı üçün metro, tramvay və avtobusların hərəkəti dayandırılıb.
Nümayişçilər son vaxtlar bahalşamanın işçilərin alıcılıq qabiliyyətini aşağı saldığına diqqət çəkərək, iş şəraitinin və maaşların yaxşılaşdırılmasını tələb edirlər.
Ölkədə inflyasiya ötən ay 8,97 faizə çatıb ki, bu da 1982-ci ildən bəri ən yüksək səviyyədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























