İsveçrə 15 ildən sonra faiz artırdı
İsveçrə Milli Bankı Fed-in faiz dərəcələrini 0,75 faiz bənd artırmasından sonra faiz dərəcələrini 0,50 baza bəndi artırmaqla bağlı sürpriz qərar verib.İsveçrə Milli Bankı (SNB) artan inflyasiyanın nəzarətdən çıxa biləcəyindən qorxaraq, sürpriz şəkildə faiz dərəcələrini artırmağa qərar verib.
Marja.az xəbər verir ki, Bank rekord dərəcədə aşağı olan faizini 0,50 bənd artıraraq mənfi 0,25 faizə çatdırıb.
Beləliklə, bank 2007-ci ildən bəri ilk dəfə faiz artırmaq barədə qərarını verib.
SNB-nin bəyanatında bildirilib ki, əlavə sərtləşdirmə addımları tələb oluna bilər.
"İnflyasiyanın sabitləşməsi üçün yaxın gələcəkdə SNB-nin siyasət faizinin daha da artırılmasının tələb olunacağını istisna etmək olmaz", - bəyanatda deyilir.
Sürpriz addım SNB-nin inflyasiya proqnozunun dəyişməsi və Fed-in inflyasiya ilə mübarizəni gücləndirmək üçün faizini 0,75 bənd yüksəltmək qərarından sonra baş verib.
Bankın mart ayında inflyasiya proqnozu bu il üçün 2,1 faiz, 2023 və 2024-cü illər üçün isə 0,9 faiz olub. Yenidən baxıldıqdan sonra inflyasiya proqnozu bu il üçün 2,8 faiz, 2023-cü il üçün 1,9% və 2024-cü il üçün 1,6 faiz təşkil edir.
SNB-nin artım qərarından sonra İsveçrə frankı 2 faizdən çox dəyər qazanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 20 saat əvvəl
-
-
20 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi














.jpg)




