Türkiyə 2026-cı ildə istehlak etdiyi qazın 30%-ni Qara dənizdən hasil edəcək
Qara dənizdə yerləşən Türkiyənin “Sakarya” yatağından təbii qazı quruya nəql edilməsi üçün dənizin dibinə boruların çəkilməsi işlərinin ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Xarici mətbuatın verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
O, 2020-ci ildə kəşf edilən yataqdan ilk təbii qaz hasilatının 2023-cü ildən etibarən başlayacağını qeyd edib.
Fatih Dönməz onu da əlavə edib ki, 2023-cü ildə gündəlik qaz hasilatının 10 mln. kubmetr səviyyəsində olacağı gözlənilir, lakin 2026-cı ildə hasilatı maksimum səviyyəyə çatdırmaq planlaşdırılır.
"İkinci mərhələdə gündəlik 40 mln. kubmetr hasilatı hədəfləyirik. Onu 50 mln. kubmetrədək çatdıra bilərik. 2026-2027-ci illərdə ölkədə istifadə olunan qazın 25-30 faizini bu yataqdan hasil etmiş olacağıq”, - nazir vurğuladı.
Xatırladaq ki, Türkiyə bazar ertəsi Qara dənizdəki “Sakarya” yatağından təbii qazın quruya çatdırılacağı kəmərin ilk borularının qaynaq edərək dənizə endirib. Türkiyə Qara dənizdə 540 mlrd. kubmetr qaz hasilatı və nəqli layihəsinə təxminən 10 mlrd. dollar sərmayə qoyacaq.
Türkiyənin Qara dəniz şelfindəki Sakarya qaz yatağından Filyos limanına qədər qaz kəmərinin dəniz hissəsinin ümumi uzunluğu 155 kilometr olacaq.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
16 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















