Azərbaycanın Çindəki Səfirliyinin yeni binasının açılışı olub
Mayın 27-də Pekin şəhərində Azərbaycanın Çindəki Səfirliyinin yeni binasının açılışı olub.
Bu barədə Azərbaycanın Çindəki Səfirliyindən məlumat verilib.
Bu münasibətlə diplomatik korpusun Qarabağ zalında rəsmi qəbul təşkil edilib. Tədbirdə Çinin Xarici İşlər Nazirliyinin yüksək rəsmiləri və Çində akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri iştirak ediblər.
Mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun təbrik çıxışı videoformatda tədbir iştirakçıları üçün nümayiş etdirilib. Nazir çıxışında səfirliyin yeni binasının açılış mərasiminin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində, eləcə də Azərbaycan xalqı üçün əlamətdar bir tarix olan 28 May - Müstəqillik Günü ərəfəsində təşkil edilməsinin məmnunluq doğurduğunu və xüsusi rəmzi əhəmiyyət daşıdığını vurğulayıb.
Qeyd edək ki, Çindəki səfirliyin yeni bina kompleksi Azərbaycanın xaricdəki ən böyük səfirlik binalarından biridir. 5000 kvadratmetrdən çox sahəsi olan, 5-i üst və 2-si zirzəmi qatı olmaqla 7 mərtəbədən ibarət yeni bina öz müasir memarlığı, milli çalarları və əzəməti ilə seçilir. Pekinin “qızıl rayonu” hesab edilən Lianmaçiao ərazisində yerləşən kompleksdə konsulluq xidmətlərinin həyata keçirilməsi, eləcə də “Bazar günü məktəbi”nin fəaliyyət göstərməsi üçün əlavə inzibati bina da tikilb. Bina kompleksinin interyerində Azərbaycanın milli ornamentlərindən geniş istifadə edilib, əsas giriş hissəsində divarda müasir incəsənət üslubu ilə ümummilli lider Heydər Əliyevin portreti və söylədiyi “Müstəqilliyiz əbədidir, daimidir, dönməzdir” aforizmi həkk edilib. Naxçıvan konfrans zalı, 200 nəfərlik Qarabağ qəbul zalı, Bakı, Şuşa, Gəncə, Şirvan kimi görüş otaqları ən müasir texnologiyalarla təchiz edilib, həmin bölgə və şəhərlərə xas elementlərlə zənginləşdirilib. Binadakı Heydər Əliyev sərgi zalında ümummili liderin büstü qoyulub, onun həyat və fəaliyyətindən bəhs edən guşə yaradılıb, ulu öndərin Çinə səfərindən, eləcə də xarici ölkə rəhbərləri ilə görüşlərindən fotoşəkillər yerləşdirilib. Sərgi zalında həmçinin Azərbaycanın mədəni irsinə aid misgərlik nümunələri, Qobustan qaya rəsmlərinin imitasiyaları, zərgərlik məmulatları, xalçalar, musiqi alətləri, şəbəkələr və milli paltarlar nümunələri nümayiş etdirilir və interaktiv LED ekran vasitəsilə ölkəmizin mədəniyyətinə dair məlumatlar verilir. Səfirliyimizin bilavasitə qonşuluğunda ABŞ, Fransa, Yaponiya, İsrail, Hindistan, Cənubi Koreya, Bruney, Sinqapur və s. ölkələrin Çindəki səfirlikləri də yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
53 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
54 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir




















