"Bakı Sığorta" SİMA ilə bir ilkə imza atdı
Bundan sonra Bakı Sığorta müştəriləri yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq bütün növ KASKO sığorta məhsullarını və Əmlak sığorta məhsullarında İpoteka sığorta məhsulunu əldə edə biləcəklər.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan “SİMA” – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.
Bakı Sığorta şirkəti “SİMA”-nın ilk sığorta tərəfdaşı olub.
Bundan sonra Bakı Sığorta müştəriləri yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq bütün növ KASKO sığorta məhsullarını və Əmlak sığorta məhsullarında İpoteka sığorta məhsulunu əldə edə biləcəklər. Belə ki, sadalanan sığorta məhsulları üçün Bakı Sığorta şirkətinə müraciət edən və müsbət cavab alan müştərilər sənədlərin imzalanmasını “SİMA” vasitəsilə məsafədən və operativ həyata keçirə biləcəklər.
“SİMA” vasitəsilə gələcəkdə digər sığorta məhsullarından da yararlanmaq mümkün olacaq. Yeni nəsil rəqəmsal imzadan istifadə edərək sığorta ilə yanaşı digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, bank, BOKT, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir.
Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















