Xaçmazda çiyələk sahələrindən mövsümün ilk məhsulu yığılır - QİYMƏT
Bu il hava şəraiti ilə əlaqədar məhsuldarlıq aşağıdır.May ayının ikinci ongünlüyündən xaçmazlı təsərrüfatçılar çiyələk sahələrindən mövsümün ilk məhsulunu yığmağa başlayıblar.
Yerli sort çiyələyin yığımı 20-25 gün davam edəcək. Əldə olunan məhsul əsasən yerli bazarlara çıxarılır.
Rayonun Rəhimoba kəndindən olan təsərrüfatçı Fəxrəddin Həsənov bildirib ki, bu il hava şəraiti ilə əlaqədar məhsuldarlıq aşağı olsa da, çiyələyin satış qiymətindən razıdırlar. Hazırda 1 kiloqram çiyələyin sahədə topdansatış qiyməti 2,5 manatdır.
“Məhsulun ölçüsü xarici sortlarla müqayisədə nisbətən kiçik olsa da, dadına görə hamı Xaçmaz çiyələyinə üstünlük verir. Həm yemək, həm də mürəbbə bişirmək üçün uyğundur. Yarım hektar sahədə çiyələk becəririk. Ümumilikdə, hər yığımda 100-150 kiloqrama yaxın çiyələk toplayırıq. Yerli sort çiyələyə tələbat çoxdur. Şirin və dadlıdır. Həm də açıq sahədə yalnız Günəş şüaları altında qızarıb, yetişir”, - deyə Fəxrəddin Həsənov söyləyib.
Xaçmazlı təsərrüfatçılar çiyələyin “Viktoriya” növünü becərməyə daha çox üstünlük verirlər. Bunun əsas səbəbi bu növün həm məhsuldar, həm də satış üçün əlverişli olmasıdır.
Rayonda 100 hektardan çox çiyələk sahəsi var. Hər il bu sahələrdən 150 tondan çox məhsul toplanılır.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)





.jpg)


