Azərbaycan bu il buğdanı 35%-ə yaxın baha alıb
2022-ci ilin ilk 4 ayı (yanvar-aprel) ərzində Azərbaycana 105 milyon 270 min dollar dəyərində 308 min 43 ton buğda idxal edilib.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin ilk 4 ayı ilə müqayisədə buğda idxalı dəyər ifadəsilə 13,2% artıb, miqdar ifadəsilə 15,7% azalıb.
2021-ci ilin ilk 4 ayı ərzində Azərbaycana 92 milyon 994 min dollar dəyərində 365 min 348 ton buğda idxal edilmişdi.
Bir ton buğdanın idxal qiyməti (orta statistik dəyəri) ötən ilin ilk 4 ayında 254,5 dollar ikən, 2022-ci ilin ilk 4 ayı üzrə 341,7 dollar olub (87,2 dollar və ya 34,2% artıb).
2020-ci ilin yekununda 1 ton buğda idxalının orta hesabla idxal qiyməti 217,5 dollar, 2021-ci ilin sonunda isə 289 dollar təşkil etmişdi. Bu il buğdanın hər tonu 2020-ci ilin yekunu ilə müqayisədə 124 dollar və ya 60%-ə yaxın daha baha alınır.
2021-ci ildə Azərbaycana 331 milyon 946 min dollar dəyərində 1 milyon 148 min 101 ton buğda idxal edilmişdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 21 saat sonra
-
-
52 d. əvvəl
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
1 saat əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























