ABŞ-da benzinin qiymətlərində rekord yenilənib
Benzinin qallonu 4,37 dolları ötüb.Birləşmiş Ştatlarda yanacaqdoldurma məntəqələrində benzinin qiyməti yenidən bütün zamanların ən yüksək həddinə çatıb və hər qallon (3,785 litr) üçün 4,37 dolları keçib (litri 1,15 dollar və ya təxminən 2 manat).
Marja.az xəbər verir ki, bunu 60 000-dən çox yanacaqdoldurma məntəqəsində qiymətləri izləyən qeyri-kommersiya Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatları göstərir.
Məlumata görə, çərşənbə axşamı ABŞ-da bir qallon benzinin orta qiyməti 4,374 dollara çatıb. Bu, tarixdə ən yüksək orta göstəricidir və martın 4,331 dollarlıq antirekordunu yeniləyib. Ölkədə benzinin ən bahalı qiymətləri ənənəvi olaraq Kaliforniya ştatında qalır, burada sürücülər hər qallon üçün orta hesabla 5,841 dollar ödəməli olurlar ( litri 1,54 dollar və ya 2,60 manat).
ABŞ Milli İctimai Radiosunun (NPR) məlumatına görə, yanacağın qiymətinin artması, qlobal enerji bazarında sürətlə artan inflyasiya və qeyri-müəyyənliklə yanaşı, həm də bayram dövrü ilə əlaqədar benzinə tələbatın artdığı yayın yaxınlaşması ilə bağlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır



















.jpg)



