"Enerji Məsələlərini Tənzimləmə Agentliyi"nin xalis mənfəəti 2 dəfə azalıb
"Enerji Məsələlərini Tənzimləmə Agentliyi" 2021-ci ili 1 milyon 95 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Agentlik 2020-ci ili 2 milyon 225 min manat xalis mənfəət ilə bağlamışdı.
Mara.az xəbər verir ki, 2020-ci ildə "Enerji Məsələlərini Tənzimləmə Agentliyi" cəmi gəlirləri 12 milyon 522 min manat ikən, 2021-ci ildə 11 milyon 738 min manata geriləyib.
Gəlirlərin azalması, eyni zamanda inzibati və digər xərclərinin artması ilə əlaqədar olaraq "Enerji Məsələlərini Tənzimləmə Agentliyi"nin xalis mənfəəti 2 dəfədən çox azalıb.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Həmin Fərmanın 1-ci bəndinə əsasən, Agentliyin “Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında” yaradıldığını nəzərə alaraq, həmin qurumlar ləğv edilməklə onların aktiv və passivləri Agentliyə ötürülmüşdür. Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələri Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əsas fəaliyyət istiqamətləri olaraq müəyyənləşdirilmişdir. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Yevlax, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və İmişlidə yerləşən 11 regional filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
11 d. əvvəl
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
-
1 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
2 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
2 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
Qızıl və gümüş rekord yenilədi
Ən çox oxunanlar
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI





















