Quş əti istehsalçıları 6 aylıq yem ehtiyatı yaratmaq istəyirlər - Fondun kredit ayırmasını təklif etdilər
APEPEA rəhbərliyi Sahibkarlığın İnkişafı Fondunun sədri ilə görüşüb
05.05.2022/ 10:57 - Sahibkarlığın İnkişafı Fondunda Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib.
Fonddan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, görüşdə quş əti istehsalı sektorunda mövcud vəziyyət və istehsalçıların maliyyə mənbələrinə çıxış imkanları müzakirə olunub.
Assosiasiya üzvləri yem bitkilərinin nisbətən ucuz olduğu yığım mövsümünün yaxınlaşdığını nəzərə alaraq, yem ehtiyatının yaradılması məqsədilə güzəştli maliyyə dəstəyinə ehtiyac olduğu bildiriblər.
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel tarixli Qərarı barədə məlumat verib. Bildirilib ki, mexanizm üzrə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emalla məşğul olan KOB subyektlərinə 2022-ci ildə verilən və məbləği hər bir sahibkarlıq subyekti üzrə 3 milyon manatadək olan kreditlərin faizinin 10% bəndinədək hissəsi 12 ayadək subsidiyalaşdırılacaqdır.
Görüşdə həmçinin minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emalla məşğul olan iri sahibkarlıq subyektlərinin də güzəştli maliyyə resurslarından istifadə edə bilməsi üçün təkliflərin hazırlandığı qeyd edilib.
XXX
Bir müddət öncə Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası(APEPEA) İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin vəzifələrini icra edən Osman Xalıyevə müraciət edərək, quş əti istehsalçılarının yem tədarükünə güzəştli kredit dəstəyinin verilməsini xahiş etmişdi.
APEPEA-nın İctimaiyyətlə əlaqələr və analitika departamentinin yaydığı məlumata görə. Aprelin 29-da Fondun İdarə Heyəti sədrinin vəzifələrini icra edən Osman Xalıyevlə APEPEA rəhbərliyi və üzvləri arasında görüş keçirilib.
Görüşdə quş əti istehsalçıları qarşıdan yem bitkilərinin nisbətən ucuz olduğu yığım mövsümünün gəldiyini, onların bu fürsətdən istifadə edərək 6 aylıq yem ehtiyatı yaratmaq istəklərini Fond rəhbərinin diqqətinə çatdırıblar.
APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənlinin verdiyi məlumata görə, istehsalçılar 6 aylıq yem ehtiyatının 2 ayının qarşılanması üçün Fondun güzəştli kredit ayırmasını təklif ediblər:
“Bütün istehsal müəssisələrinin ümumilikdə 40 milyon manata yaxın vəsaitə ehtiyacı var. Biz bu məbləği bir il ərzində geri qaytara bilərik. Osman müəllim Nazirlər Kabinetinin aprelin əvvəlində imzaladığı 109 saylı qərarında minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının ehtiyatının yaradılmasında iştirak edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin götürdükləri kreditlərin faizlərinin 10 faizinin dövlət tərəfindən qarşılanacağını bildirdi. Quş əti və yumurta istehsalı fabriklərinin əksəriyyəti iri sahibkarlıq subyektləri olduqları üçün bu qərarın onlara şamil olunması mümkün deyil. Osman müəllim qeyd etdi ki, bu gün(aprelin 29-da) Fondun Müşahidə Şurasının iclası keçiriləcək və orada bu məsələni müzakirəyə təqdim edəcək. Təəssüratımız belədir ki, dövlətimiz bizə gözlədiyimiz dəstəyi verəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
-
4 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 4 saat əvvəl
-
5 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
6 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
6 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
6 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
7 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
