PAŞA Həyat şirkətinə Əməliyyat bölməsinin mütəxəssisləri tələb olunur
İşəgötürən: PAŞA Həyat
Vakansiya: Əməliyyat bölməsinin mütəxəssisi
Müddət: 2022-05-02 - 2022-06-02
Şəhər: Bakı
Struktur bölmə: Məhsulun inkişafı sahəsi, Əməliyyat bölməsi
Vəzifə: Əməliyyat bölməsinin mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 2 (iki)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 22 may 2022-ci il.
Vəzifə Öhdəlikləri:
Çalışdığı komandada məhsul və proseslərin optimallaşdırılması yönündə təhlillər aparmaq;
Məhsul və proseslərin hazırlanması və təkmilləşdirilməsi zamanı müştərilər və əlaqəli tərəflərlə davamlı görüşlər keçirmək, müştəri rəylərini toplamaq, təhlil etmək və təkmil həllər hazırlamaq;
Prosesləri vizuallaşdırmaq, asılılıqları üzə çıxarmaq, vaxt və enerji itkisinə gətirən bəndləri proseslərdən çıxarmaq;
Məhsul və proseslərin hazırlanması və təkmilləşdirilməsi zamanı xərc-gəlir təhlliləri aparmaq, gördüyü işlərin effektini ölçmək;
Komandaya məhsul və proseslərlə bağlı texniki sənədlər (istifadəçi və texniki səviyyədə) və həllərin aydın şəkildə ötürmək;
Komanda tərəfindən görülmüş işləri istifadəyə təqdim etmədən öncə test planları və test ssenariləri hazırlayıb keyfiyyətə əmin olmaq;
Məhsul və proseslərin hazırlanması zamanı potensial riskləri öncədən görmək, nəzərə almaq, daxili qayda və prosedurlarla uyğunluğuna əmin olmaq;
Məhsul və proseslərin hazırlanması zamanı innovativ həllərin tapılması və tətbiqinə nail olmaq;
Bölmənin görüşləri zamanı digər biznes analitiklərlə uğurlu təcrübələri paylaşmaq, onların təcrübələrini öyrənmək və tətbiq etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi: Biznes proseslərin, layihələrin idarə edilməsi, maliyyə və ya sığorta sektorunda keyfiyyətə nəzarət, IT analitika sahələri üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: Maliyyə, İqtisadiyyat, Riyaziyyat və ya İT ixtisasları üzrə bakalavr dərəcəsi.
Dil bilikləri: Azərbaycan dili: əla , İngilis dili: yaxşı, Rus dili: yaxşı.
Üstünlüklər: Sığorta sahəsində təcrübə; Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib olması; İT sahəsi üzrə sertifikasiya və ya dərəcələrin olması; Biznes proseslərinin idarəedilməsi və ya İT sahəsi üzrə (proqramlaşdırma) təcrübə; ERP; Verilənlər bazası (SQL) üzrə bilik və təcrübə
Kompüter bilikləri: MS Office: əla.
Fərdi keyfiyyət tələbləri: Analitik məntiq, tənqidi yanaşma, nəticəyönümlülük, müştəriyönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, innovativlik, öz üzərində daima işləmək.
İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about/karyera/?career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















