Azərbaycanda 11 sığorta şirkətinin ödənişləri artıb
Bu ilin yanvar-mart aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 10-nun ödənişləri illik müqayisədə artıb, 8-nin ödənişləri azalıb, 2 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin yanvar-mart aylarında ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Bakı Sığorta” ASC-dir. Bu şirkət il ərzində 586 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 5,2 dəfə çoxdur.
Ödənişləri ən az artan şirkət isə Dövlət Sığorta Kommersiya Şirkətidir (“Azərsığorta”). Bu şirkətin ödənişləri 6,352 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4,6% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Atəşgah Həyat Sığorta" ASC-dədir. Bu şirkət il ərzində 2,835 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 12,3% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “Xalq Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 93,4% azalaraq 5,701 milyon manata düşüb.
7 sığorta şirkətinin yığımları azalıb
Bu ilin yanvar-mart aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 13-nün yığımları illik müqayisədə artıb, 7-nin yığımları azalıb.
Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-dir. Bu şirkət 3 ay ərzində 3,435 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 6,1 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “Atəşgah Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 6,821 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 5,1% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət Dövlət Sığorta Kommersiya Şirkətindədir (“Azərsığorta”). Bu şirkətin daxilolmaları 93,6% azalaraq 2,455 milyon manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “Azərbaycan Sənaye Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 4,8% azalaraq 4,657 milyon manata düşüb.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 15 saat əvvəl
-
-
1 gün əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
1 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb



















.jpg)


