Bakı sakinləri və şəhərin qonaqları yarmarkaya dəvət olunurlar - 1000-Ə YAXIN MƏHSUL
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakı sakinlərini və şəhərimizin qonaqlarını İçərişəhərdə (Qoşa Qala Meydanı) təşkil ediləcək “KOB Fest” – sərgi-satış yarmarkasına dəvət edir.
“Sahibkarlar Günü”nə həsr olunmuş ilk KOB Fest 25 - 26 aprel tarixlərində saat 10:00-dan 20:30-dək paytaxt sakinləri və şəhərimizin qonaqları üçün açıq olacaq. Yarmarkada 100-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 1000-dən çox çeşiddə məhsulu təqdim ediləcək.
Sərgi-satış yarmarkasında KOB subyektlərinin istehsal etdikləri qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri, eləcə də xidmət sektorunda fəaliyyət göstərən KOB-ların xidmətləri nümayiş olunacaq. Festival müddətində ebru sənətinin, qum üzərində rəsm sənətinin və s. dekorativ tətbiqi sənət növlərinin KOB subyektləri tərəfindən master-klassları, eləcə də mədəni-əyləncəli proqram təqdim ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 4 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
7 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 8 saat əvvəl
-
9 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
10 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
























