Hesablama Palatası BNA-dakı qanunsuzluqları açıqlayıb
Bakı Nəqliyyat Agentliyi tərəfindən başa çatmış investisiya layihələri üzrə dövlət büdcəsinin investisiya xərclərindən real tələbatdan artıq maliyyələşdirilmiş 735,1 min manat məbləğində vəsaitin dövlət büdcəsinə qaytarılması təmin edilməyib.
Bu, Hesablama Palatasının Bakı Nəqliyyat Agentliyinin 01.10.2019-cu il tarixindən 01.01.2021-ci tarixinədək olan dövrdə maliyyə fəaliyyətinə dair dövlət maliyyə nəzarət tədbiri zamanı üzə çıxıb.
Qeyd olunub ki, audit bu qurum tərəfindən istifadə olunmuş 204,0 mln. manat məbləğində vəsaiti əhatə edib. 2020-ci il üzrə dövlət sifarişinin maliyyələşdirilməsi müqabilində bir sıra gözlənilən nəticələrin ilin sonunadək əldə olunması təmin edilməmiş, dövlət sifarişinin dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi həcminin müəyyənləşdirilməsi zamanı Agentliyin qeyri-büdcə mənbələrindən daxilolma potensialı səfərbər olunmayıb.
Qeyri-büdcə gəlirlərinin mənbələri kimi 6,4 mln. manat məbləğində cərimələrin təmin edilməyib, eləcə də müntəzəm marşrutlardakı avtobusların texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğu yoxlanılmayıb və 0,5 mln. manat rüblük xidmət haqları yığılmayıb. Bu da dövlət büdcəsindən maliyyələşmələrə qənaətləri təmin etməyib. 2020-ci ilin dövlət büdcəsinin investisiya xərclərindən yeni avtobusların alınması üçün Agentliyə köçürülmüş 110 mln. manat məbləğində vəsaitin il ərzində yalnız 67,9 %-i istifadə olunub.
Dövlət büdcəsinin investisiya xərcləri hesabına Agentlik tərəfindən ümumilikdə 165 milyon 836, 9 min manata 415 ədəd avtobusun alınması (16.11.2018 tarixli və 03.04.2020 tarixli müqavilələrlə) əməliyyatların başa çatması və həmin avtobuslarda ilkin dəyəri 159 milyon 211, 1 min manat olan 394 ədədinin qanunvericiliyə uyğun razılaşdırmaqla əvəzsiz olaraq “BakuBus” MMC-nin istifadəsinə verilməsi şəraitində investisiya qoyuluşunu aidiyyəti üzrə nizamnamə kapitalının artırılmasına yönəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilməyib.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)








