AFB Bank təcrübə proqramını uğurla başa vuran gəncləri təltif edib - FOTOLAR
(®) AFB Bank gələcək karyerasını bank sektorunda qurmaq istəyən gəncləri dəstəkləməkdə davam edir. Bu məqsədlə Bank tərəfindən öyrənməyə və özünü inkişaf etdirməyə həvəsi olan gənclər üçün xüsusi təcrübə proqramları təşkil edilir.
1 illik fəaliyyəti dövründə AFB Bankın təcrübə proqramına 77 gənc qatılmış, onlardan 49 nəfər proqramı uğurla başa vurmuş və sertifikat almışdır. Bu gənclərdən 15 nəfər AFB Bankda işlə təmin edilmişdir.
Bu günlərdə Təcrübə proqramını uğurla bitirmiş növbəti 4 gəncə AFB Bankın sertifikatları təqdim edilmişdir.
Qeyd edək ki, AFB Bank tərəfindən təşkil edilən təcrübə proqramlarının köməyi ilə gənclər işləyərək öyrənmək, real iş mühiti ilə tanışlıq, güclü komandada işləmək imkanları qazanırlar. Təcrübə proqramını uğurla başa vuran şəxslər Bank tərəfindən sertifikatla təltif edilərək, Bankın işçi ehtiyacı çərçivəsində işlə təmin olunur və ya ehtiyat kadr bazasına daxil edilirlər.
2009-cu ildə fəaliyyətə başlayan “AFB Bank” ASC 7 filial, 4 şöbə ilə vətəndaşların xidmətindədir. Bankın göstərdiyi xidmətlər barədə daha ətraflı məlumatı rəsmi sosial media hesablarından və ya 1545 Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
-
24 d. əvvəl
Samir Məmmədov “Birmarket”-in Baş İcraçı direktoru (CEO) təyin edilib
- 51 d. əvvəl
-
1 saat əvvəl
Dövlət universiteti “Yüksək Texnologiyalar Mərkəzi”ni yaradır - 10 MİLYON MANATLIQ TENDER
-
1 saat əvvəl
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dövlət universiteti “Yüksək Texnologiyalar Mərkəzi”ni yaradır - 10 MİLYON MANATLIQ TENDER
Norm 3-cü dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi


















