Mərkəzi Bankın yeni sədri kollektivə təqdim olundu
Yeni sədri Natiq Əmirov təqdim edib.
Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respubilkasının Mərkəzi Bankının sədri vəzifəsinə təyin edilmiş Taleh Tahir oğlu Kazımov Mərkəzi Bankın kollektivinə təqdim olunub.
Yeni sədri təqdim edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Taleh Kazımovun keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib.
N.Əmirov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkənin dayanıqlı sosial-iqtisadi inkişafını, makroiqtisadi və maliyyə sabitliyini, bütün sahələrdə olduğu kimi maliyyə-bank sistemində həyata keçirilən mühüm islahatları və əldə olunan nəticələri diqqətə çatdırıb.
N.Əmirov maliyyə sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını qeyd edərək, bu sahənin Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin çağırışlarına uyğun şəkildə inkişafı ilə bağlı qarşıya qoyulan hədəfləri diqqətə çatdırdı, tövsiyələrini verib.
T.Kazımov dövlət başçısı və ölkə parlamenti tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib.
O, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dayanıqlı iqtisadi inkişafı dəstəkləyən pul siyasətinin həyata keçirilməsi, maliyyə-bank sisteminin inkişafı, elektron ödəniş eko-sisteminin daha da gücləndirilməsi, ölkədə nağd pul tədavülünün keyfiyyətinin davamlı yüksəldilməsi və digər istiqamətlərdə qarşıya qoyulan hədəflərin layiqincə yerinə yetirilməsi, aparılan islahatların daha da dərinləşdirilməsi və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli maliyyə, o cümlədən bank, kapilal bazarları və sığorta xidmətlərilə əhatə olunması vəzifələrinin layiqli şəkildə icrasının təmin ediləcəyini diqqətə çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 17 saat sonra
-
-
9 d. əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 40 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
-
1 saat əvvəl
"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Asiya bankı Azərbaycanda "yaşıl istiqraz"ların pilot buraxılışını nəzərdən keçirir
- 1 saat əvvəl
-
1 saat əvvəl
445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!
Ən çox oxunanlar

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir

ChatGPT-ni yaradan şirkətin dəyəri 500 milyard dollara çatıb

Oktyabrın 3-də gözlənilən hava şəraiti

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır
