“Fortis Agro” şirkəti Oğuzda 120 hektar ərazidə badam bağları salıb
Əhalinin badama olan tələbatı ödəniləcək, həm də xaricə satılacaq. 150-200 nəfər işlə təmin olunacaq.(®) Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin qeyri-neft sektorunun inkişafının təmin olunması istiqamətində həyata keçirdiyi iqtisadi islahatlar aqrar sektorun inkişafına xüsusi stimul vermişdir.
“Fortis Agro” MMC-nin yaranma məqsədi də dövlətin bu istiqamətdəki siyasətini dəstəkləyərək milli iqtisadiyyata töhfə verməkdir.
Belə ki, “Fortis Agro” MMC tərəfindən 2021-ci ilin dekabr ayında Oğuz rayonu ərazisində 120 hektarlıq ərazidə 80 000 ədəd tingdən ibarət müasir badam bağları salınıb.
İntensiv əkin formasında (5x3 metr) salınmış bağlarda “Ferragnes”, “Ferraduel”, “Avijor Lauren” kimi məhsuldar fransız badam sortları əkilmişdir.
Badam bağlarının suvarılması üçün məsafədən idarəetməli, tam avtomatlaşdırılımış, ən müasir damcılı suvarma sistemlərindən – İsrailin “NETAFİM” şirkətinin istehsalı olan suvarma sistemlərindən istifadə olunur.
2025-ci ildə ilk məhsulunu verəcək olan bu təsərrüfata qulluq üçün İtaliya və İspaniya istehsallı ən müasir kənd təsərrüfatı texnikalarından, “Haifa”, “Basf”, “Bayer” kimi tanınmış firmaların istehsalı olan gübrələrdən istifadə olunur. Ölkənin badama olan tələbatını ödəməklə yanaşı ixrac potensialına da malik badam bağları xüsusi kamera sistemi vasitəsilə 24 saat müşahidə altındadır.
Bu layihə Oğuz rayonunda məşğulluğun təmini istiqamətində də önəmli addımdır. Belə ki, sahibkar Elşad Bayramovun bildirdiyinə görə “Fortis Agro” MMC-nin bu layihəsi çərçivəsində ilkin olaraq 20 nəfər daimi, 150-200 nəfər isə mövsümi işlə təmin olunacaqdır. Gələcəkdə, badam bağı təsərrüfatının məhsul verməsi və genişlənməsi sayəsində bu rəqəmlərin bir-neçə dəfə artması gözlənilir.
Qeyd edək ki, şirkətin fəaliyyəti təkcə badam bağlarının salınması ilə məhdudlaşmır. “Fortis Agro” MMC eyni zamanda Oğuz rayonunda 220 hektarlıq bir ərazidə dənli bitkilərin becərilməsini də həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)



