Azərbaycanda danaların güzəştli sığortası başlayıb – ŞƏRTLƏR, MƏBLƏĞLƏR, MİSALLAR

Azərbaycanda dövlətin dəstəyi ilə tətbiq edilən yeni aqrar sığorta mexanizmi çərçivəsində ətlik mal-qaranın (danaların) sığortası davam edir.
Yeni sığorta mexanizmi vasitəsilə 11 gündən başlayaraq 5 yaşınadək ətlik mal-qaranı sığortalamaq mümkündür. Aqrar sığortanın əhatə etdiyi digər sahələrdə olduğu kimi, heyvanların sığortasında da hesablanmış sığorta haqqının yarısını dövlət ödəyir.
Qaydalara əsasən, sığortalanan heyvanlar peyvəndlənməli, birkalanmalı, Elektron Kənd Təsərrüfatğı İnformasiya Sistemində (EKTİS) qeydiyyata alınmalı, qapalı yerdə saxlanılmalı və saxlandığı yer Nazirlər Kabinetinin təsdiqlədiyi «Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları»na uyğun olmalı, heyvanlara qarşı baytarlıq tədbirləri və onların qidalanması qaydalara uyğun təmin edilməlidir.
Aqrar sığorta çərçivəsində heyvanların sığortalanması üçün iki sığorta zərfi təqdim edilir. Hər bir zərf üzrə iki fərqli azadolma məbləğləri seçə bilərlər – 10% və 20%.
Birinci sığorta zərfi baza risklərini əhatə edir və bu zərf üzrə sığorta tarifi 5,4%-6,1% təşkil edir
Buraya yoluxucu xəstəliklər, ilan və həşarat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, vəhşi heyvanların hücumu və yanğın nəticəsində heyvanların ölümü, eləcə də heyvanların məcburi kəsimi aiddir.
Birinci zərfə aşağıdakı risklər aiddir:
-yoluxucu xəstəliklər nəticəsində heyvanın ölümü;
-ilan və ya həşarat sancması nəticəsində heyvanın ölümü;
-zəhərli otlar və ya yemlərdən zəhərlənmə nəticəsində heyvanın ölümü;
-kimyəvi maddələrdən zəhərlənmə nəticəsində heyvanın ölümü;
-təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu) nəticəsində heyvanın ölümü;
-yanğın nəticəsində heyvanın ölümü;
-vəhşi heyvanların hücumu nəticəsində heyvanın ölümü;
-sığorta müqaviləsi üzrə əhatə olunan risklər nəticəsində baytarın müvafiq rəyi əsasında heyvanın məcburi kəsimi.
Misal 1: Qiyməti 2 000 manat olan ətlik mal-qara sığorta ediləndə sığorta haqqı 122 manat (2 000 x 6,1%) təşkil edir ki, bu məbləğin yarısını - 61 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.
Misal 2: Qiyməti 1000 manat olan ətlik mal-qara sığorta ediləndə sığorta haqqı 61 manat (1 000 x 6,1%) təşkil edir ki, bu məbləğin yarısını - 31 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.
İkinci sığorta paketi əlavə riskləri də əhatə edir və bu zərf üzrə sığorta tarifi 9,5% təşkil edir
Heyvanların sığortalanması üçün təklif olunan ikinci sığorta paketi, birincidə göstəriləndən əlavə riskləri də əhatə edir. İkinci paketdə əlavə risklərə heyvanların nəqliyyat vasitəsi (məsələn avtomobil və ya qatarla vurulması), heyvnaların daşınması zamanı yol qəzası nəticəsində heyvnaların ölümü, heyvanları cərəyan vurması, kimyəvi maddələrlə zəhərlənib ölməsi, eləcə də oğurlanması aiddir.
İkinci zərfə aşağıdakı əlavə risklər aiddir:
üçüncü şəxslərin hərəkətləri nəticəsində heyvanın ölümü, o cümlədən:
-heyvanın daşınması zamanı yol nəqliyyat hadisəsi nəticəsində ölümü;
-sığorta müqaviləsi üzrə əhatə olunan risklər nəticəsində heyvanın elektrik cərəyanına məruz qalması səbəbindən ölümü;
-sığorta müqaviləsinin qüvvədə olduğu ərazidə heyvanın nəqliyyat vasitəsi tərəfindən vurulması nəticəsində ölümü;
-heyvana qulluq zamanı üçüncü şəxslər tərəfindən kimyəvi maddələrin təsirilə zəhərlənməsi nəticəsində heyvanın ölümü;
-mülkiyyət əleyhinə olan hüquq pozuntusu (heyvanın sığorta müqaviləsində göstərilən saxlanıldığı yerdən oğurluq, soyğunçuluq və s. yol ilə əldə edilməsi) və s
Misal 1: Qiyməti 2 000 manat olan ətlik mal-qara sığorta ediləndə
10%-lik azadolma halında sığorta haqqı 190 manat (2 000 x 9,5%) təşkil edir ki, bu məbləğin yarısını – 95 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.
Misal 2: Qiyməti 1000 manat olan ətlik mal-qara sığorta ediləndə 10%-lik azadolma halında sığorta haqqı 95 manat (1 000 x 9,5%) təşkil edir ki, bu məbləğin yarısını – 47 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.
Qaydalara əsasən, bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub. Belə ki, yaşı 29-dan aşağı olan fermerlər «gənc fermer» güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər.
Aqrar sığortanın əhatə etdiyi heyvanların sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Heyvandarlıq məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Fermerlər əkin sahələrinin sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Heyvandarlıq kalkulyatoru» bölməsində hesablaya bilərlər.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 12 saat əvvəl
-
-
13 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 14 saat əvvəl
-
14 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
14 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
15 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
15 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
Ən çox oxunanlar

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
