Heineken Rusiyadakı biznesini yeni səhmdara ötürməyi planlaşdırır
“Heineken” pivə konserni Rusiya Federasiyasındakı biznesini yeni səhmdara ötürmək niyyətindədir, - şirkətin açıqlamasında bildirilir."Heineken NV" Rusiyadakı biznesini Rusiyadan yeni səhmdara ötürüləcəyini açıqlayıb.
Marja şirkətin açıqlamasına istinadən xəbər verir ki, həmin vaxta qədər şirkətin yeddi pivə zavodunun hamısı iş yerlərini saxlamaq şərtilə, müştərilərinə və istehlakçılara xidmət göstərmək üçün fəaliyyətini davam etdirəcək.
Şirkət 2022-ci ilin sonuna qədər Rusiyada bütün işçilərinin əmək haqlarının saxlanmasına zəmanət verir. Həmçinin müştərilər, tərəfdaşlar və istehlakçılar qarşısında öhdəliklərin yerinə yetirilməsi prioritet olaraq qalır.
Daha əvvəl şirkət bildirmişdi ki, "Heineken" Rusiya Federasiyasında "Heineken" brendi altında pivə istehsalı və satışını dayandırır, bütün zavodlar işləməyə davam edir. Bundan əlavə, şirkət “Heineken” konserninin Rusiya bölməsinin əməliyyat fəaliyyətindən maliyyə gəlirləri almaqdan imtina etdiyini bildirib. Bu qərar şirkət tərəfindən Ukraynada vəziyyətin inkişafı ilə əlaqədar qəbul edilib. Bu o deməkdir ki, şirkət Rusiyadakı törəmə müəssisəsindən nağd pul, qonorar və dividendlər almayacaq.
"Heineken United Brewery" MMC dünyanın 70 ölkəsində təmsil olunan premium pivə və sidr istehsalı üzrə dünya lideri olan Hollandiyanın "Heineken N.V" konserninin Rusiya bölməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)








.jpg)








