2021-ci ildə aqroparklarda 138 min ton buğda istehsal olunub
Hazırda 32 rayon üzrə 240 min hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılır.
İqtisadi Zonaların İnkişafı Agentliyindən Marja-ya daxil olmuş məlumata görə, bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-i isə emal sənayesi üzrə ixtisaslaşıb. Artıq 44 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır.
İndiyədək 25 aqroparkın yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 184 mln. manat güzəştli kredit, 27 aqroparka isə 1 mlrd. manat dəyərində investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi almış 26 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 39,8 mln. manat dəyərində güzəştlər əldə ediblər. Bu günədək aqroparklara 1,3 mlrd. manat özəl investisiya qoyulub.
Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Hazırda aqroparklarda ümumi olaraq 4000-dən çox işçi daimi, 5000-dən çox işçi isə mövsümü işlə təmin olunub. Gələcəkdə əlavə 5000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
2021-ci ildə aqroparklarda 138 min ton buğda, 68 min ton arpa, 94 min ton dən qarğıdalı, 117 min ton şəkər çuğunduru, 71 min ton silos üçün qarğıdalı, 19 min ton pambıq, 2,3 min ton soya, 27 min ton yonca, 33 min ton süd və 2,3 min ton ət istehsal olunub.
2018-2021-ci illər ərzində aqroparklarda ümumi sahəsi 7600 hektardan çox olan intensiv meyvə bağları salınıb ki, bu meyvə bağlarından 2021-ci ildə 17 min ton alma, 921 ton zeytun, 960 ton badam, 934,7 ton nar, 1356 ton üzüm, 715 ton şaftalı, 368 ton armud və s. yığılıb. 2021-ci il ərzində meyvə bağlarından ümumilikdə 23 255 tondan çox məhsul əldə edilib.
Qeyd edək ki, ölkədə mövcud olan aqroparkların idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyidir. Agentlik respublikada fəaliyyət göstərən sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 22 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)



