Azər Türk Bankın xüsusi təqaüdünü alacaq tələbələr müəyyən edildi

(®) Dövlət bankı Azər Türk Bank tələbələrin təlim nailiyyətlərinin yüksəldilməsini stimullaşdırmaq və dəstəkləmək məqsədi ilə, təhsil üzrə göstəriciləri yüksək olan tələbələr üçün Vətən müharibəsində Şəhid olmuş əməkdaşı, mühəndis proqramçı Rauf Əliyevin xatirəsinə xüsusi təqaüd təsis etmişdir.
Bu sosial proqrama, şərtlərə görə, ali təhsil müəssisələrində informasiya texnologiyaları yönümlü ixtisaslar üzrə təhsil alan, yüksək nəticələri olan ikinci və üçüncü kurs tələbələri Banka onlayn müraciət etməklə qoşulmuşlar.
Azər Türk Bankın nümayəndələrinin iştirakı ilə seçilən 10 nəfər tələbə 2022-ci ili əhatə edən tədris dövrü üzrə, bu ilin ötən ayları da nəzərə alınmaqla hər ay (3 aylıq yay tətilini çıxmaq şərti ilə) Bank tərəfindən təqaüd alacaqlar.
Martın 11-də Azər Türk Bankın Baş ofisində təqaüdçülərlə görüş olmuşdur. Şəhid Rauf Əliyevin valideynlərinin də iştirak etdiyi bu tədbirdə tələbələrə təqaüd sertifikatları təqdim edilmişdir.
Təqaüdə layiq görülən tələbələr:
Məmmədli Kənan
UNEC, İnformasiya Texnologiyaları Mühəndisliyi
Mirizadə Ləman
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Kompüter elmləri
Ağayeva Afət
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Kompüter elmləri
Mamedova Nərmin
Bakı Ali Neft Məktəbi, Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi
Həsənov Oqtay
Bakı Mühəndislik Universiteti, Kompüter Mühəndisliyi
Teymurova Arzu
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Kompüter elmləri
Murad Abdullayev
Bakı Ali Neft Məktəbi, İnformasiya Təhlükəsizliyi
Şəbnəm Mirzəyeva
Bakı Mühəndislik Universiteti, İnformasiya Təhlükəsizliyi
Hüseynbaba Rzaquliyev
Bakı Mühəndislik Universiteti, Kompüter mühəndisliyi
Radmila Musayeva
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 saat sonra
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
9 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
