Putin Azərbaycan banklarının Rusiya Mərkəzi Bankının sisteminə qoşulmalarını təklif etdi
Putin qarşılıqlı hesablaşmalarda milli valyutaların daha fəal istifadəni hədəfləyir.
"Rusiya-Azərbaycan hökumətlərarası komissiyası tezliklə növbəti iclasını keçirəcək. Həmçinin energetika, kənd təsərrüfatı və bir sıra sahələrdə kooperasiyanın inkişafı üzrə imkanların öyrənilməsi üçün Azərbaycana Rusiya işgüzar missiyalarını göndərməyi planlaşdırırıq".
Marja xəbər verir ki, bunu Fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxışı zamanı Rusiya Prezidenti bildirib.
Putin qeyd edib ki, Rusiyanın biznes strukturları elektroenergetika sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdırlar, Azərbaycan elektrik şəbəkələrinin modernləşdirilməsinə, həmçinin bərpaolunan enerji mənbələri sahəsində olan layihələrə qoşulmağa hazırdırlar.
"Sənayedə də səmərəli tərəfdaşlıq qurulub. Ötən il kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı üzrə “QAZ qrupu” ilə “Azərmaş”ın müştərək zavodu açılıb. Rusiyanın iştirakı ilə Azərbaycan dəmir yollarının və Bakı metropoliteninin qatarları texniki cəhətdən yenilənir. Azərbaycanda “KamAZ” birgə servis mərkəzi tikilir.
Ölkələrimizin maliyyə sahəsində qarşılıqlı fəaliyyətini bundan sonra da möhkəmləndirməyi vacib hesab edirik. Qarşılıqlı hesablaşmalarda milli valyutaların daha fəal istifadəsi və Azərbaycan banklarının Rusiya Bankının maliyyə məlumatlarının ötürülməsi sisteminə qoşulması şübhəsiz ki, buna kömək edə bilərdi", - Rusiya Prezidenti bildirib.
Putin əlavə edib ki, Rusiya və Azərbaycan arasında tibb və əczaçılıq sahəsində əməkdaşlıq aktivləşib: "Ölkələrimiz koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət göstərirlər. Pandemiyanın ən kəskin dövründə Rusiyanın aparıcı tibb müəssisələrinin mütəxəssis briqadaları azərbaycanlı həkimlərə köməyə göndərilib. Respublikaya “Sputnik V” vaksinlərinin tədarükü təşkil olunub".
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 5 saat sonra
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
11 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
