“PAŞA Bank” pandemiyadan zərər çəkmiş sahibkarlara ən çox kredit təqdim edən bank kimi fərqlənib
Ölkənin aparıcı korporativ bankı və real sektorun aparıcı qüvvəsi “PAŞA Bank”, Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə pandemiyadan zərər çəkmiş sahibkarlara ən çox kredit təqdim etmiş müvəkkil kredit təşkilatı kimi fərqləndirilib.
Bankın yaydığı məlumatda bildirilir ki, SİF-in yerli banklar arasında dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində verilmiş kredit məbləğinin həcminə görə apardığı bölgüyə əsasən 134,3 milyon manata bərabər kredit portfeli ilə “PAŞA Bank” birinci olub.
“PAŞA Bank”ın idarə heyəti sədrinin müavini Cavid Quliyevin sözlərinə görə, bu nailiyyət bizneslərin etibarlı maliyyə tərəfdaşı kimi Bankın mövqeyini bir daha təsdiqlədi. Bank, pandemiyanın mənfi təsirini minimuma endirmək məqsədi ilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən təşəbbüslərə aktiv şəkildə qoşuldu. Bununla da Bank, sahibkarlar üçün maliyyə resurslarına çıxışın genişləndirilməsi üçün çalışdı.
“Biz, daima real sektorun dərin təhlillərini aparan maliyyə institutu kimi pandemiyadan daha çox zərər çəkmiş sahələrin KOS-lar olduğunu, SİF xətti ilə subsidiya mexanizmi çərçivəsində ayrılan vəsaitlərin onlara bazarda öz mövqelərini qoruyub saxlamaqda böyük əhəmiyyət kəsb etdiyini gözəl anlayırdıq. Odur ki, zəngin təcrübəmizə əsaslanaraq bu maliyyə resurslarını KOS-lar üçün daha da əlçatan etmək məqsədilə sahibkarların müraciətlərinə çevik şəkildə baxılması, tələb olunan sənədlərin minimuma endirilməsi və onların onlayn qəbul edilməsi, qərar vermə prosesinin optimallaşdırılması yönündə lazımi tədbirlər gördük. Bununla da, sahibkarların vaxt sərfiyyatını minimuma endirməyə nail olduq. Bu sahədə liderliyi əldə etməyimizi müştərilərimizin ehtiyaclarını qarşılamağa yönəlmiş biznes yanaşmamızın növbəti uğuru kimi qəbul edirik. Bazar biliklərimizə və təcrübəmizə əsaslanaraq, bundan sonra da dövlət tərəfindən həyata keçirilən təşəbbüslərə qoşulmağa və real sektora öz dəstəyimizi göstərməyə hazırıq”, - deyə, C. Quliyev vurğuladı.
Qeyd edək ki, “PAŞA Bank”, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə subsidiya mexanizmi çərçivəsində ayrılan vəsaitlərin verilməsi ilə yanaşı, özünün qabaqlayıcı kompleks tədbirlərini də həyata keçirdi. Belə ki, “PAŞA Bank”, pandemiyanın səbəb olduğu çağırışların öhdəsindən gəlmək və müştərilərə dəstək olmaq üçün əsas bank məhsulları və xidmətlərinin tariflərinin təkrar nəzərdən keçirilməsi və azaldılması, gecikdirilmiş borclara görə cərimələrin ləğv olunması, müştərilərin kredit borclarının restrukturizasiyası paketinin tətbiq edilməsi kimi bir sıra mühüm təşəbbüslərlə çıxış etdi. Eyni zamanda, Bank, müştərilərə və tərəfdaşlara maliyyə resurslarının düzgün bölüşdürülməsi, debitor borclarının idarə edilməsi, həm banklar, həm də biznes tərəfdaşları qarşısında öhdəliklərin restrukturizasiyası kimi suallarda öz ekspert dəstəyini göstərdi.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 12 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycan neftinin son qiyməti
Qızılın qiyməti 5 min dolların üzərində qalmaqda davam edir
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz







.jpg)











