Ötən ay ölkədə elektrik enerjisi istehsalı artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2022-ci ilin yanvar ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2556,6 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 188,2 mln. kVt·st, yaxud 7.9 faiz artması deməkdir.
Hesabat dövründə ötən ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 190,3 mln. kVt·st artaraq 2450,3 mln. kVt·st, SES-lərdə 3,4 mln. kVt·st artaraq 81,6 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 5,5 mln. kVt·st azalaraq 24,7 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 6,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 3,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 14,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Bu dövrdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2333,5 mln. kVt·st (İES-lərdə 2256,2 mln. kVt·st, SES-lərdə 77,3 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 29,17 mln. kVt·st (İES-lərdə 23,27 mln. kVt·st, SES-lərdə 2,86 mln. kVt·st, GES-də 3,04 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 3,82 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 190,1 mln. kVt·st təşkil edib.
Yanvar ayında elektrik enerjisinin ixracı 247,2 mln. kVt·st olmaqla, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 72,1 mln. kVt·st artıb. Elektrik enerjisinin idxalı isə 10,7 mln. kVt·st olmaqla, 2021-ci ilin müvafiq dövrünə nisbətən 0,3 mln. kVt·st azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)







