“Yapı Kredi Bank Azərbaycan”dan aztəminatlı və şəhid ailələrinə növbəti dəstək

(®) “Yapı Kredi Bank Azərbaycan” 6-sı Qarabağ müharibəsinin iştirakçı və şəhid ailəsi olmaqla 8 aztəminatlı ailəyə biznesini qurmaq üçün lazımi avadanlıqlarla təmin etmişdir.
Bank ötən ilin noyabr və dekabr aylarında 6 müharibə iştirakçısı və şəhid ailəsinin sahibkarlıq fəaliyyətinə töhvə vermişdir. Belə ki, un məmulatları sexi üçün lazımlı avadanlıqlarla təmin edilən aztəminatlı Şükürlü Tural, Əsgərov Xalıq və Həmzəyev Yasin 2-ci Qarabağ müharibəsinin iştirakçılarıdır. Eyni zamanda, müharibə iştirakçısı və şəhid ailəsinin üzvləri olan Əhmədova Gülbəs, Əliyeva Sevda və Fərəzova Almaza dərzilik sahəsində biznes təşəbbüslərini reallaşdırmaq üçün lazımi avadanlıqları təqdim etmişdir.
Həmçinin, “Yapı Kredi Bank Azərbaycan” ötən ilin dekabr ayında daha iki aztəminatlı ailəyə biznes fəaliyyəti ilə məşğul olmaları üçün dəstək göstərmişdir. Belə ki, Bank mətbəxdəki məharətlərini gəlir mənbəyinə çevirə bilməsi üçün Məhərrəmova Yeganəyə və Məmmədova Zamiləyə un məmulatları sexi üçün lazım olan avadanlıqları təqdim etmişdir.
“Yapı Kredi Bank Azərbaycan” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında aztəminatlı əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış Memoranduma qoşularaq ötən ilin may ayından etibarən onlarla aztəminatlı ailəni öz işini qurması üçün bütün lazımlı avadanlıqlarla təmin etmişdir. Bankın sahibkarlıq fəaliyyətinə kömək göstərdiyi vətəndaşlar arasında Vətən müharibəsində həyatını itirmiş şəhid və ya sağlamlığını itirmiş qazi ailələrinin olmasına xüsusilə, önəm verir. Sosial məsuliyyət layihələri çərçivəsində bank cari ilin növbəti aylarında daha bir neçə aztəminatlı ailənin biznes təşəbbüsünün reallaşmasına töhvə verəcəkdir.
Bankın məhsul və xidmətləri barədə məlumatı bankın filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat sonra
-
- 24 d. əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
14 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Tesla-nın satışları rekord səviyyəyə çatıb

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

Əliyevin Zelenski ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
