Rubl, Rusiya ordusunun “hücum mövqelərinə” irəliləməyə başladığı barədə xəbərdən sonra ucuzlaşıb
Bazar ertəsi Moskva birjasının axşam hərracında rubl yenidən ucuzlaşıb və gün ərzində bütün artım silinib.
Marja xəbər verir ki, Xarici işlər naziri Sergey Lavrovun Rusiyanın Qərb ilə gələcək danışıqlara hazır olduğunu açıqlamasından sonra 76 rubldan aşağı düşən dollar, İngiltərə və ABŞ-ın Rusiyanın Ukraynanı işğal etməsi təhlükəsi ilə bağlı növbəti dəfə xəbərdarlıq etməsindən sonra təxminən 1,5 rubl bahalaşıb.
Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, hazırda Rusiyanın sərhəd böhranını deeskalasiya etməyə hazır olduğuna dair “heç bir əlamət yoxdur”.
Rusiya "ən azı yaxın 48 saat ərzində baş verə biləcək bir şey planlaşdırır" deyib və Rusiya prezidenti Vladimir Putini uçurumdan geri çəkilməyə çağırıb.
Bir neçə saat sonra Co Bayden administrasiyasının rəsmisi peyk görüntülərinə istinadən CBS News-a bildirib ki, Rusiya artilleriya və raket sistemləri vurmaq üçün mövqeləndiriliblər.
Onun sözlərinə görə, Ukrayna ilə sərhəd yaxınlığında yerləşdirilən silahların bir hissəsi sıx şəkildə yığılmış yerləşdiyi yerləri tərk edərək “hücum mövqelərinə” irəliləməyə başlayıb.
Rəsmi bildirib ki, ABŞ Rusiyanın həftə sonuna qədər hücuma başlayacağına inanır, lakin hələlik hansı formada olacağı bəlli deyil.
Dövlət Departamentinin rəhbəri Entoni Blinken ABŞ-ın Kiyevdəki səfirliyinin bağlandığını və sərhədə yaxın Rusiya qüvvələrinin toplanmasının “kəskin sürətlənməsi” səbəbindən Lvova “müvəqqəti köçürüldüyünü” açıqlayıb.
“Biz Ukraynada qalan bütün ABŞ vətəndaşlarını təcili olaraq ölkəni tərk etməyə çağırırıq".
Dolların məzənnəsi 75.93 rubldan 77.40 rubladək yüksəlib. Gün ərzində 86,1050 rubla kimi ucuzlaşan avro 87,40 rubla kimi bahalaşıb.
"Metallinvestbank"ın Selim Ağarzaev deyib: “Bazar iştirakçılarının bu təhlükəli vzəiyyətin nə vaxt başa çatacağına dair heç bir anlayışı yoxdur. Bu, bazarın kifayət qədər uzun müddət yaşamalı olacağı yeni reallıqdır. Qeyri-müəyyənlik davam edir".
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 24 d. əvvəl
-
- 30 d. əvvəl
- 39 d. əvvəl
-
50 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 54 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)





.jpg)



.jpg)







