Lavrovun "hər zaman razılaşma şansı var" sözlərindən sonra dollar ucuzlaşıb
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov bildirib ki, Rusiya NATO və ABŞ-ın cavabları ilə kifayətlənməsə də, razılaşmanın mümkünlüyü qalmaqdadır.
Marja xəbər verir ki, Lavrovun açıqlamasından sonra dollar bir rubldan çox ucuzlaşıb
Moskva birjasının məlumatına görə, dollar Moskva vaxtı ilə saat 15:43-ə 1,61% ucuzlaşaraq 75,93 rubl olub. Moskva vaxtı ilə saat 15:36-da dolların məzənnəsi 77 rubl idisə, Moskva vaxtı ilə saat 15:43-ə olan məlumata görə, məzənnə 1,07% dəyər itirərək 75,93 rubla düşüb.
Lavrov Prezident Putinin NATO ilə danışıqlarla bağlı sualına “hər zaman şans var” cavabını verib.
Xarici işlər naziri Sergey Lavrov prezident Vladimir Putinlə görüşdə bildirib ki, Rusiya ABŞ və NATO-nun təhlükəsizlik zəmanətləri ilə bağlı cavablarını diqqətlə öyrənib. Onun sözlərinə görə, "ABŞ-ın Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə cavabı Moskvanı qane edə bilməz", deyə XİN rəhbəri bildirib. Bununla belə, o, “hər zaman şansın olduğunu” vurğulayıb.
Lavrov bildirib ki, ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı cavabının birinci hissəsi Rusiyanı qane etmir, ikinci hissəsi daha konstruktivdir.
“Biz artıq bir neçə dəfə demişik - siz də dediniz, Rusiya Federasiyası olaraq, bu gün həll edilməli olan məsələlərlə bağlı sonsuz danışıqlara qarşı xəbərdarlıq edirik. Bu gün, axı mən Xarici İşlər Nazirliyinin rəhbəri olduğum üçün deməliyəm ki, hər zaman şans var”, - deyə nazir bildirib.
Bloomberg xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinə Qərb ilə danışıqları davam etdirməyi təklif edib və Putinin cavabı “yaxşı” olub.
Həmçinin oxu
Putindən Ukrayna böhranına kritik “ok” cavabıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 17 d. əvvəl
-
-
20 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
42 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















