“Azərpoçt”un yığılmış zərəri 22 milyon manata çatıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 2020-ci ili 7 milyon 747 min manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2019-cu ildən 2 milyon 721 min manat xalis mənfəətlə çıxmışdı.
Bununla da, şirkətin yığılmış zərəri 54,6% artaraq 21 milyon 935 min manata çatıb.
2020-ci ildə “Azərpoçt”un poçt xidmətlərindən gəlirləri 18 milyon 344 min manat (2019-cu illə müqayisədə 15,8% çox), maliyyə xidmətlərindən gəlirləri 13 milyon 915 min manat (0,2% az), digər xidmətlərdən gəlirləri 8 milyon 888 min manat (5,9% az), əməliyyat xərcləri 25 milyon 680 min manat (20,6% çox), ümumi və inzibati xərcləri 19 milyon 122 min manat (15,8% çox), köhnələmə və amortizasiya xərcləri 5 milyon 835 min manat (13,8% az), digər əməliyyat gəlirləri 1 milyon 628 min manat (46,3% az), maliyyə xərcləri 56 min manat (8% az), maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin geri qaytarılmasından gəlirlər 4 min manat (1 il bundan əvvəl zərər olub), xarici valyutadan gəlirləri 17 min manat (1 il bundan əvvəl zərər olub), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 149 min manat (1 il bundan əvvəl vergi ödəyib) təşkil edib.
2021-ci il yanvarın 1-nə “Azərpoçt”un aktivləri 155 milyon 321 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,7% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 18,3% azalaraq 103 milyon 855 min manata, balans kapitalı isə 13,1% azalaraq 51 milyon 466 min manata düşüb.
Xatırladaq ki, "Azərpoçt" kommersiya qurumu kimi 2009-cu ildə eyni adlı dövlət müəssisəsinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73 milyon 345 min manatdır. Şirkət ölkənin milli poçt operatorudur.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 18 d. əvvəl
- 42 d. əvvəl
-
51 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
55 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı















.jpg)




