Bütün enerji içkilərinin laborator analizləri həyata keçiriləcək - MONİTORİNQLƏR BAŞLADI
Pozuntular aşkar olunmuş sahibkarlıq subyektləri barədə müvafiq tədbirlər görüləcək, həmçinin məhsullar əmtəə nişanı adları göstərməklə geniş ictimaiyyətə təqdim olunacaq.Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istehlak bazarında enerji içkisi adı altında istehlakçılara təqdim olunan alkoqolsuz içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqlərə başlanıb.
Agentlikdən verilən məlumata görə, bu məqsədlə ölkəmizdə istehsal olunan və idxal edilən bütün növ enerji içkilərindən nümunələr götürülərək laborator analizləri həyata keçiriləcək.
Həmçinin monitorinqlər zamanı enerji içkisi olmadığı halda, üzərində istehlakçılarda enerji içkisi olduğuna dair yanlış təəssürat yaratmaqla istehlakçı hüquqlarını kobud şəkildə pozan və digər bu kimi qanunazidd hallarla bağlı araşdırmalar həyata keçiriləcək.
Aparılan monitorinqlər nəticəsində fəaliyyətində pozuntular aşkar olunmuş sahibkarlıq subyektləri barədə müvafiq tədbirlər görüləcək, həmçinin məhsullar əmtəə nişanı adları göstərməklə geniş ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, ötən il AQTA tərəfindən 30 nümunə üzərində aparılmış müayinələr nəticəsində 5 nümunənin enerji içkisi olduğu, onlardan yalnız 1-nin etiketlənməsinin qaydalara uyğun olduğu, digər 4-nün isə uyğun olmadığı aşkar olunub. Həm etiket məlumatlarının ekspertizası, həm də tərkib analizi nəticəsində qalan 25 nümunənin isə enerji içkisi olmadığı müəyyən edilib.
Məlumat üçün bildirək ki, 2020-ci il yanvarın 1-dən ölkəmizdə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” qüvvəyə minib. AQTA tərəfindən hazırlanan yeni qaydalar bu məhsulların minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılması, etiketlənməsi, daşınması və saxlanmasına, həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir. Bununla bağlı Agentlik tərəfindən mütəmadi olaraq monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 6 saat əvvəl
-
-
9 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 9 saat əvvəl
-
9 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
9 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
9 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq












.jpg)










