Şirkətlər fermerlərdən pambığın hər tonunu 650-750 manata alacaqlar
Salyanda "Pambıqçılıq-2022: qarşıda duran vəzifələr" mövzusunda Respublika Müşavirəsi keçirilibSalyanda "Pambıqçılıq-2022: qarşıda duran vəzifələr" mövzusunda Respublika Müşavirəsi keçirilib. Salyan rayon icra hakimiyyətində keçirilən müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov, Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə, Kənd Təsərrüfatı Nazirliyi Aparatının və tabeli qurumlarının nümayəndələri, pambıq tədarükü və emalı şirkətlərinin rəhbərləri, Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyi, rayon icra hakimiyyəti strukturunun məsul şəxsləri, pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, pambıqçılıqla məşğul olan fermerlər iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Salyan rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı, o cümlədən pambıqçılıq sahəsində böyük potensial və ənənələr mövcuddur, aqrar sahədə göstəricilər ildən-ilə artır.
Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, pambıqçılıq ölkəmizdə güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir. Bu sahənin inkişafı fermerlərimizin gəlirlərinin çoxalmasına, bölgədə məşğulluq səviyyəsinin artmasına müsbət təsir edir. Son illər ərzində dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək tədbirlərinin gücləndirilməsi bu sahəni fermerlərimiz üçün daha da cəlbedici edib. Bu sahəyə marağın artması nəticəsində pambıq istehsalının həcmi və orta məhsuldarlıq göstəriciləri ildən-ilə yüksəlir. Pambıqçılığın inkişafı daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Bu sahənin inkişafı ilə bağlı Dövlət Proqramının qəbulu və icrası, fermerlərə verilən subsidiyaların artırılması və digər dəstək tədbirləri pambıqçılarımızı daim yüksək nəticələr əldə etməyə ruhlandırır.
2021-ci ildə Ağcabədi, Neftçala, Tərtər, Salyan və Yevlax rayonlarında orta məhsuldarlıq 30 sentnerdən çox olub. Bu rayonlarda əldə olunan göstərici ümumrespublika göstəricisindən yüksəkdir. Eyni zamanda aqrotexniki qulluq işlərinin düzgün təşkili nəticəsində respublika üzrə 1202 fermer təsərrüfatında hər hektardan orta hesabla 59 sentner, 210 fermer təsərrüfatında isə hər hektardan 60 sentnerdən çox pambıq məhsulu əldə edilib.
Ötən ilin oktyabrında pambıq şirkətləri tərəfindən pambığın alış qiymətinin hər tona görə 50 manat artırıldığını xatırladan nazir bildirib ki, müşavirə ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi şirkətlərlə bu istiqamətdə müzakirələr aparıb. Müzakirələrə əsasən, şirkətlər fermerlərdən xam pambığın alış qiymətini 2022-ci il üçün daha 50 manat artırılması barədə razılığa gəliblər. Bununla da 2022-ci ildə şirkətlər fermerlərdən pambığın hər tonunu sortundan asılı olaraq 650-750 manata alacaqlar. Mövsümün gedişindən asılı olaraq pambıq şirkətləri tərəfindən məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması məsələsinə bir daha baxılacaq.
Qeyd olunub ki, Aqrar Subsidiya Şurası məhsul istehsalını stimullaşdırmaq məqsədilə pambıqçılığa subsidiyaların verilməsi qaydalarında dəyişiklik edib. Bu ildən fermerlər təhvil verdikləri pambığa görə yalnız məhsul subsidiyası alacaqlar. Fermerlərə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat subsidiya ödəniləcək. Məhsul subsidiyası almaq üçün fermerlərin torpaq mülkiyyətindən asılı olmayaraq EKTİS-də öz əkinlərini bəyan etməsi kifayətdir.
Müşavirədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov mövcud su ehtiyatlarının daha səmərəli istifadə edilməsi, əkin sahələrinin təsərrüfat suyu ilə təmin edilməsi məqsədilə görülən işlər, su qrafiklərinin yaradılması və EKTİS-ə inteqrasiyası barədə çıxış edib. O bildirib ki, növbəti mövsümdə də aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti təmin olunacaq.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Rövşən Həsənov, Pambıq İstehsalçıları Assosiasiyasının sədri İbrahim Məmmədov, fermerlər Balaş Əhmədov, Əlibala Səlimov və digər şəxslər ölkədə pambıqçılığın inkişafı istiqamətində görülmüş işlər, qarşıdan gələn yeni mövsümə hazırlıqla bağlı çıxış ediblər.
Müşavirədə pambıqçılığın inkişaf perspektivləri, fermerlərlə tədarükçü şirkətlər arasında əlaqələrin daha da gücləndirilməsi, toxum, gübrə, pestisid və texnika ilə təminat, iqlim dəyişikliyinin pambıqçılığa mənfi təsirlərinin aradan qaldırılması istiqamətində görülən işlər, aqrotexniki qulluq tədbirlərinin texnoloji xəritəyə uyğun aparılmasının zəruriliyi, suvarma məsələləri və digər aktual mövzular ətrafında müzakirələr aparılıb. Fermerlərlə aktiv dialoq formatında keçirilən müşavirə görüş 3 saata yaxın davam edib. Fermerləri maraqlandıran suallar nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli üçün müvafiq qurum və struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 25 d. əvvəl
-
30 d. əvvəl
SOCAR və Coca-Cola əməkdaşlıq imkanlarını müzakirə ediblər
-
- 41 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Polad incəsənətə çevriləndə “Baku Steel Art” 2-ci Beynəlxalq Metal Simpoziumu öz işinə başlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
SOCAR ilə “Uzbekneftegaz” arasında Anlaşma Memorandumu imzalanıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycan Rusiyadan qoyun ətinin alışını artırıb
SOCAR və Coca-Cola əməkdaşlıq imkanlarını müzakirə ediblər
Oktyabrın 28-də gözlənilən hava şəraiti
Qlobal bazarlarda son vəziyyət
Azərbaycanda qaz hasilatı 7,4% artıb
Türkiyədə işsizlik səviyyəsi artıb
Ən çox oxunanlar
Kredit götürərkən bunlara diqqət edin
Sığorta haqları 13%, sığorta ödənişləri 23% artıb
Şəki üçün Avropa bankından 90 milyon avroya yaxın borc alına bilər
ABŞ və Çinin bir sıra mübahisəli məsələlər üzrə razılığa gəldikləri açıqlanıb - Qlobal bazarlarda gərginlik azala bilər
"Novartis" nadir xəstəliklər üçün dərman hazırlayan ABŞ şirkətini 12 milyard dollara alır
YouTube, musiqi sənayesinə 1 il ərzində 8 milyard dollar ödəyib
BOKT-a əlavə maya qoyulub
Azərbaycanda 5 bankın depozit portfeli 1,5 milyard manatdan çoxdur










.jpg)
.jpg)





.jpg)


