Pambıq sahələri üzrə ilk sığorta ödənişi “MKT İK” şirkətinə verilib
MKT İK MMC-nin filialında pambıq sahəsi üzrə ilk aqrar sığorta ödənişi edilibAzərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta çərçivəsində pambıq sahələri üzrə ilk sığorta ödənişi həyata keçirilib.
Bu, Azərbaycanda dövlət dəstəkli aqrar sığortanın tətbiqindən sonra pambıq sahələri üzrə ilk sığorta ödənişidir.
Sığorta ödənişi ilə bağlı olaraq 21 yanvar 2022-ci il tarixində “MKT İstehsalat Kommersiya” MMC-nin Ağcabədi rayonunda yerləşən pambıq emalı zavodunda keçirilən tədbirdə Aqrar Sığorta Fondunun və “MKT İstehsalat Kommersiya” MMC-nin rəhbərliyi, Ağcabədi DAİM və digər dövlət qurumlarının nümayəndələri, əkinçilik və digər sahələrdə fəaliyyət göstərən fermerlər və iş adamları iştirak edib.
Tədbirdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədr müavini Firdovsi Ağaşirinov bildirib ki, kənd təsərrüfatında strateji istiqamətlərdən olan pambıqçılıq sahəsinin sığortaya cəlb edilməsi bu sahədə çalışan fermer və şirkətlərin risklərini qorumaqla yanaşı, pambıqçılıqdan faydalanan bölgə sakinlərinin rifahına da müsbət təsir edir.
Tədbirdə çıxış edən “MKT İstehsalat Kommersiya” MMC-nin İdarə heyətinin üzvü və Baş əməliyyat direktoru Vüqar Ağayev təmsil etdiyi qurumun aqrar sığorta mexanizminin fəaliyyətindən məmnun qaldığını bildirib. Onun sözlərinə görə, “MKT İstehsalat Kommersiya” MMC ölkənin müxtəlif bölgələrində pambıq sahələri və pambıq emalı zavodları mövcuddur.
Etibarlı sığorta mexanizminin işə düşməsi və ödənişlərin verilməsi isə “MKT İstehsalat Kommersiya” MMC ilə yanaşı, bu sahədə fəaliyyət göstərən çoxsaylı yerli fermerin də risklərdən qorunmasına kömək edəcək.
“MKT İstehsalat Kommersiya” MMC əməkdaşlıq etdiyi fermerlərlə mütəmadi olaraq Aqrar sığortanın yararlarından bəhs edən məlumatlandırıcı xarakter daşıyan görüşlər keçirir və Aqrar sığorta xidmətlərinin bütün pambıq əkini ilə məşğul olan fermerlərin istifadə etməsini məsləhət görür.
Əlavə olaraq qeyd edək ki, “MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
2019-2020 mövsümündə şirkət 45 000 ha sahədən rekord göstərici olan 35.6 sentner/ha xam pambıq istehsal etmişdir.
2021-ci il üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində birinci yerdə qərarlaşmış müəssisədə işçi sayısı 3200 nəfərdir və regionlarda 23 filialı fəaliyyət göstərməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
5 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















