Microsoft-un rüblük gəliri 20% artaraq 51,7 milyard dollara çatıb
Amerikanın "Microsoft" korporasiyasının ötən il dekabrın 31-də başa çatan rübdə gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20% artaraq 51,7 milyard dollar təşkil edib.
Marja xəbər verir ki, bunu şirkətin mətbuat xidmətinin çərşənbə axşamı dərc etdiyi məlumatlar göstərir.
“Microsoft”un qeyd olunan dövr üçün əməliyyat mənfəəti 2020-ci ilin eyni dövrü ilə müqayisədə 24% artaraq 22,2 milyard dollar olub.
Xalis mənfəət illik müqayisədə 21% artaraq 18,8 milyard dollara çatıb.
“The Wall Street Journal” yazır ki, şirkət yaxşı inkişaf nümayiş etdirib və maliyyə göstəriciləri ekspertlərin gözləntilərini üstələyib.
Korporasiyanın baş icraçı direktoru Satya Nadella texnologiya sektorunun dünya ÜDM-də payının artdığını qeyd edib: “Biz müxtəlif inkişaf edən bazarlara yeniliklər təklif edir və sərmayə qoyuruq”.
1975-ci ildə sahibkarlar Bill Qeyts və Pol Allen tərəfindən qurulan Microsoft, fərdi kompüterlərdən tutmuş mobil telefonlara qədər müxtəlif cihazlar üçün proqram təminatı istehsal edən ən böyük korporasiyalardan biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








