“Susacaqlar!”: Putinin qərarlarından sonra oliqarxlar dillərini udublar
Rusiya prezidenti Vladimir Putinin Ukraynaya 100 minlik qoşun yeritmək və NATO-ya 1997-ci il sərhədlərinə çəkilməsi tələbi ilə ultimatum verməsi varlı ruslar arasında - oliqarxlardan tutmuş iri biznesmenlərə qədər səssiz ümidsizliyə səbəb olub.
Qərb Rusiyanı tənəzzül, maliyyə sisteminə zərbə və ən sərt sanksiyalarla hədələsə də, biznes elitaları Kremlin təhlükəli oyununun nəticələrini açıq şəkildə şərh etməkdə tərəddüd edirlər.
Marja xəbər verir ki, adının açıqlanmasını istəməyən bir investisiya bankiri “The Moscow Times”a deyib: "Heç kim müharibə istəməsə də, böyük biznesin ayağa qalxıb fikir ayrılıqlarını səsləndirməsini gözləməyin. İş adamları müharibəni ancaq öz mətbəxlərində müzakirə edəcəklər. Hamı ictimaiyyət qarşısında susacaq".
Cəmi bir il əvvəl 29,1 milyard dollar sərvəti ilə ölkənin ən varlı adamı olan “Severstal and Power Machines”in sahibi milyarder Aleksey Mordaşov xarici iqtisadi təcrid vəziyyətində Rusiya üçün “fəlakət” olacağını proqnozlaşdırmışdı. Bir az əvvəl Hesablama Palatasının rəhbəri Aleksey Kudrin xəbərdarlıq etmişdi ki, əgər ölkə hazırkı xarici siyasətin onu aparıcı dövlətlər dairəsinə qaytarması illüziyasından əl çəkməsə, SSRİ-nin taleyi ilə üzləşəcək.
Kremlin imperiya ambisiyaları getdikcə güclənməkdədir.
Əvvəllər danışmaqda azad olanlar indi dillərini udubular. Kremldən çəkinən milyarderlər və məmurlar baş verə biləcəkləri qəbul etməyə məcbur olurlar.
Forbes siyahısındakı bir iş adamı "Əllərimiz bağlıdır" deyə şikayətlənir. O, Qərblə münasibətlərin daha da pisləşməsini gözləyir ki, bu da istər-istəməz iqtisadiyyata mənfi təsir göstərəcək.
"Ancaq böyük biznes sadəcə bununla yaşamalı olacaq" iş adamı deyib. “Öncədən plan qurmaq və ya hansısa şəkildə maraqlarımızı qorumağa çalışmaq mümkün deyil, çünki biz nə olacağını və Qərbin necə reaksiya verəcəyini bilmirik”.
Hətta onların aktivlərini mümkün müharibədən xilas etmək çox gecdir. İnvestisiya bankiri deyir ki, hadisələr o qədər sürətlə inkişaf edib ki, zəngin insanlar çox az şey edə bilirlər.
İlin əvvəlindən Rusiya fond bazarı 20% çökərək şirkətlərə yatırılan 150 milyard dolları RTS indeksindən silib. Rusiya səhmləri oktyabrın zirvəsindən bəri 33% ucuzlaşıb, lakin yalnız bir neçə hökumət insayderi nə satacağını əvvəlcədən bilirdi.
Moskva rəsmisi “The Moscow Times”a deyib: "Donbasla birbaşa əlaqəsi olan uşaqlarla bir neçə söhbətdən sonra mən bütün aktivlərimi dollara çevirdim və Rusiyadakı səhmlərimi satdım".
Son 20 ildə 800 milyard dollar xalis kapital axını yaşayan Rusiya iqtisadiyyatı ötən il daha 72 milyard dollarlıq kapital çıxışına məruz qalıb ki, bu da Krımın ilhaqından sonra ən böyük göstəricidir. ING-nin Rusiya və MDB üzrə baş iqtisadçısı Dmitri Dolqin qeyd edib ki, bu məbləğin demək olar ki, üçdə ikisi - 52 milyard dollar qeyri-maliyyə sektoru xarici aktivlərə birbaşa investisiyalardan əldə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 23 d. əvvəl
-
-
26 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
48 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















